image-antiterrorbackend

Separatçılara qarşı yeni antiterror əməliyyatı qaçılmazdır: Əgər Ermənistan müdaxilə etsə…

image-reklam_sirab_01

Danışıqlar iki ölkə arasında olur. Qarabağda yaşayan ermənilərlə aramızda isə yalnız dialoq ola bilər. Araik Arutyunyana gəldikdə, o, bunu çox gözəl başa düşür ki, elə biri ilə dialoq qeyri-mümkündür. Çünki o, hərbi cinayətkardır.

Bunu açıqlamasında politoloq İlqar Vəlizadə deyib.

İ.Vəlizadəyə görə, dialoqun baş tutmaması üçün Arutyunyan bütün təxribatlara əl atacaq:

“Azərbaycan tərəfi ilə Qarabağ erməniləri arasında baş tuta biləcək mümkün dialoq yalnız onların reinteqrasiyasına hesablanmayıb. Dialoqun nəticələrindən biri də əli azərbaycanlıların qanına bulaşmış kəslərin cəzalandırılması olacaq. Təbii ki, bu da Araikə sərf etmir. Odur ki, separatçılar müxtəlif xarici qrupların maraqlarını özlərinə cəlb etməklə regionda mövcudluqlarını qoruyub saxlamağa can atırlar”.

Politoloq bildirib ki, separatçılara qarşı yeni hərbi əməliyyat qaçılmazdır. “Əgər Ermənistan həyata keçirəcəyimiz antiterror tədbirinə qarşı dövlət səviyyəsində müdaxilə etsə, bu addım artıq hərbi əməliyyatdan müharibəyə keçidlə nəticələnə bilər”, – o vurğulayıb.

Politoloq yekun olaraq qeyd edib ki, əslində separatçıları tərksilah etmək, onların təhdidlərinin qarşısını almaq Rusiya sülhməramlı qüvvələrinin əsas öhdəçiliyi olsa da, Azərbaycan tərəfi bu yöndə heç bir aktivliyin şahidi olmur.publika.az


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki