image-mehriban-hebibovabackend

Serbiya və Azərbaycan arasında əməkdaşlığın bütün sahələrində inkişafı

image-reklam_sirab_01

Serbiya Respublikası ilə ölkəmiz arasında əlaqələr dərin tarixi köklərə əsaslanır. II Dünya müharibəsi zamanı Azərbaycanın 223-cü diviziyası Serbiyanın Belqrad şəhərinin azad olunmasında yaxından iştirak etmiş və “Fəxri Belqrad ” diviziyası adını almışdı. Bu tarixi hadisə hələ XX- əsrin ortalarından Azərbaycan və Serbiyanın yaxın əlaqələrinin sübutudur. Azərbaycan Prezidentinin keçən ay Serbiyaya rəsmi səfəri, bu ay isə Serbiya Prezidentinin Bakıya səfəri qarşılıqlı maraqların yenidən dirçəlməsinin və artmasının təzahürüdür.

Diplomatik münasibətlərin 25 ilini tamamlayan Bakı və Belqrad arasında bu vaxta qədər 50-yə qədər sənəd imzalanıb, bu sənədlərin içərisində 2013-cü ildə imzalanmış “Dostluq münasibətləri və strateji tərəfdaşlıq haqqında bəyannamə”, 2018-ci ildə imzalanmış “Strateji tərəfdaşlıq üzrə birgə fəaliyyət planı” və bu ilin noyabrında imzalanmış “Azərbaycan Respublikası və Serbiya Respublikası arasında strateji tərəfdaşlığın yaradılması haqqında memorandum” xüsusi əhəmiyyət kəsb edir. Bütün sənədlərdə ərazi birliyinin və ölkələrin bütövlüyünün toxunulmazlığı qeyd olunur.

İki ölkə arasında iqtisadi əməkdaşlıq da uğurla inkişaf edir, 2021-ci ildə iki ölkə arasında ticarət dövriyyəsinin həcmi 9,23 milyon, idxalın həcmi 8,04 milyon, ixracın həcmi isə 1,19 milyon dollar təşkil edib.

2022-ci il dekabrın 21-də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Serbiya Respublikasının Prezidenti Aleksandr Vuçiç ilə təkbətək görüş keçirmişdir, görüşdən sonra hər iki Prezident mətbuata açıqlama vermişdir. Cənab Prezident İlham Əliyev çıxışının əvvəlində ötən ay Serbiyaya olan rəsmi və işgüzar səfərindən, Serbiyada gedən inkişafdan söhbət açmışdır, Serbiya Prezidentinin ölkəmizdə olmasından məmnunluğunu ifadə etmiş, əlaqələrin dinamikasının müsbət inkişafından, Belqradda imzalanmış müqavilələrin tezliklə icra olunacağından, strateji və iqtisadi əlaqələrdən, hər iki ölkənin beynəlxalq hüquqa tərəfdaş olmasından bəhs etmişdir.

Dekabrın 17-də imzalanmış müqavilənin əhəmiyyətindən danışan Prezident gələn ildən Azərbaycan elektrik enerjisinin Qara dəniz vasitəsilə Serbiya və Avropaya nəql edilməsinin bir neçə ölkə üçün vacibliyini və Azərbaycanın bu ölkələr üçün əhəmiyyətini vurğulamışdır. Prezident çıxışının sonunda vurğuladığı kimi biz də həm Serbiya həmdə digər Avropa ölkələri ilə münasibətlərin daima inkişafda olacağına əminik, çünki Ali Baş Komandanımızın apardığı siyasətin dəstəkləyicisiyik.

 

 

Mehriban Həbibova

Bakı şəhəri 317 nömrəli tam orta məktəbin tarix müəllimi

 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki