image-ohaniyan-veteninfobackend

Seyran Ohanyan: “Rusiya bizə 1 milyard  dəyərində sil çatdırdı”

image-reklam_sirab_01

“Köçəryan və Sarkisyan dövründə Rusiya Ermənistana 1 milyard dollar dəyərində silah çatdırdı. İlk S-300 hava hücumundan müdafiə sistemləri isə ölkəyə Robert Köçəryanın rəhbərliyi altında gətirildi., daha sonra orduToçka-U və İskəndər OTRK-la təchiz edildi”.

 

Veteninfo.az xəbər verir ki, bunu Ermənistanın keçmiş müdafiə naziri, “Hayastan” blokunun parlamentdəki rəhbəri Seyran Ohanyan jurnalistlərə açıqlamasında bildirib.Ohanyan bildirib ki, prezidentləri Robert Köçəryan və Serj Sarkisyanın dövründə ölkəyə milyard dollar dəyərində silahlar verilirdi (Diqqət edin verilirdi-alınmırdı).”Hərbi-texniki əməkdaşlıq haqqında ilk böyük müqavilə Robert Köçəryanın rəhbərliyi altında Rusiya ilə bağlanıldı. Onun rəhbərliyi altında ilk 3 S-300 sistemi Ermənistana çatdırıldı, Moskva 2 İl-76 təyyarəsi bağışladı.Başqa bir təyyarə Serj Sarkisyanın dövründə alındı. Və onların ümumi dəyəri hakim partiyadan olan bəzi deputatların gətirdiyi rəqəmlərdən qat -qat yüksəkdir. Təxminən bir milyard dollara çatır”.Ohanyan, Müdafiə Nazirliyinə rəhbərlik etdiyi dövrdə Rusiyadan 1300 -ə yaxın hava uçuşu edildiyini və bu müddət ərzində Ermənistana silah çatdırıldığını qeyd edib.”Xüsusilə, S-300, Toçka-U, İskəndər. Ermənistan Silahlı Qüvvələrinə silah tədarükü prosesi həmişə həyata keçirilib. Və bu təchizatlar 2018-ci ildən sonra baş verənlərlə müqayisə olunmazdır”.O qeyd etdi ki, öz səyləri ilə tanışlar, xeyirxahlar vasitəsilə – ordu üçün maddi qaynaqlarla 11 milyon dollar dəyərində orduya  avtomobillər hədiyyə olunub.Ohanyan  deyib ki, 2016 -cı ildən sonra çoxlu sayda PUA -nın alınması planlaşdırılsa da layihə həyata keçirilməyib.

Veteninfo.az

 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki