image-8backend

Şimal-Cənub dəhlizinin işə salınması rusların, yoxsa İranın xeyrinədir?

image-reklam_sirab_01

İran Azərbaycan vasitəsilə sankisyalardan qurtulmaq niyyətindədir. Vətəninfo.az xəbər verir ki, Rəşt-Astara dəmir yolunun əhəmiyyəti barədə İran mediası geniş yazılar dərc edir. Bu dəfə İranın Mashregh News saytıda dərc olunan yazını ixtisarla diqqətinizə çatdırırıq: “Mütəxəssislər hesab edirlər ki, Rəşt-Astara dəmir yolu xətti Azərbaycanın dəmir yollarına birləşərsə, Fars körfəzində Bəndər Abbas limanının (və gələcəkdə Hind okeanı yaxınlığındakı Çabahar limanının) Rusiyada Moskvaya və Finlandiyada Helsinkiyə birləşməsinə imkan verəcək.
Rəşt-Astara dəmir yolu xəttinin yaradılması ona görə zəruridir ki, bu marşrut Şimal-Cənub nəqliyyat xəttini tamamlayır və İranın tranzit inkişaf planının mərkəzi sayılır. Yüklərin daşınması üçün Şimal-Cənub tranzit marşrutu ölkənin ən mərkəzi dəhlizi hesab olunur ki, onun dəmir yolu hissəsi Rəştdən Astaraya qədər olan 160 km-lik dəmir yolu xəttinin tamamlanmasını gözləyir.
Rusiya baş nazirinin müavini Aleksandr Novak İran-Rusiya İqtisadi Əməkdaşlıq Komissiyasının iclasında iştirak etmək məqsədi ilə Tehrana səfər edib. Səfərin ən mühüm nəticələrindən biri də Rəşt-Astara dəmir yolunun tikintisi üzrə birgə əməkdaşlıq sazişinin imzalanmasıdır.
Rəşt-Astara dəmir yolu xəttinin tikintisinin başa çatdırılması üçün ən vacib məsələ onun maliyyə təminatıdır. Ruhani hökuməti Rəşt-Astara dəmir yolunun tikintisinə Azərbaycan hökumtinin 500 milyon dollar sərmayə qoyacağını bəyan etmişdi, lakin bu baş vermədi…”.

image-reklam_opel_02

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki