image-img_20230116_175052backend

“Siyasi partiyalar haqqında” yeni qanun ölkədə siyasi mühitin daha da sağlamlaşdırılmasına xidmət edəcək

image-reklam_sirab_01
“Siyasi partiyalar haqqında” yeni qanunun qəbul edilməsi günümüzün tələbi idi. Çünki 30 ilə yaxın müddətdə qəbul edilmiş qanun bu günün tələblərinə cavab vermirdi. Düzdür, zaman-zaman sözügedənq anuna əlavə və dəyişikliklər edilsə də, ancaq ümumilikdə qanun mövcud reallıq və siyasi proseslərlə ayaqlaşmırdı. Ona görə də həm cəmiyyətin siyasi sifarişi, həm də siyasi partiyaların özünün istəyi və təklifləri əsasında yeni qanun qəbul edildi”.

Bu fikirləri  Milli Məclisin deputatı İqbal Məmmədov səsləndirib. Millət vəkili bildirib ki, yeni qanunun hazırlanması, onun müzakirəsi kifayət qədər şəffaf və demokratik şəraitdə baş tutub. İqbal Məmmədov vurğulayıb ki, siyasi partiyalar tərəfindən qanuna təkliflərin irəli sürülməsi, qanunun Milli Məclisdə siyasi partiyaların iştirakı ilə ictimai müzakirəsinin baş tutması deyilənlərin təstiqidir:

“Hesab edirəm ki, “Siyasi partiyalar haqqında” yeni qanun ölkədə siyasi mühitin daha da sağlamlaşdırılması, partiyaların ölkənin ictimai-siyasi həyatında rolunun artırılmasına imkan yaradacaq”.

İqbal Məmmədov “Siyasi partiyalar haqqında” yeni Qanunda əksini tapan bir sıra vacib məqamlarla da diqqət çəkib. Millət vəkili diqqətə çatdırıb ki, yeni Qanuna əsasən Siyasi partiyanın dövlət qeydiyyatı, fəaliyyətinin dayandırılması və ləğvi ilə bağlı mübahisələrə Apellyasiya Məhkəməsi tərəfindən baxılır:

“Qanunda qeyd olunur ki, hər kəs bərabər şəkildə siyasi partiya yaratmaq və ya mövcud siyasi partiyaya daxil olmaq hüququna malikdir. Bu hüquq yalnız qanunla müəyyən edilmiş hallarda məhdudlaşdırıla bilər”.

Qeyd edək ki, Milli Məclisin 16 dekabr 2022-ci il tarixli iclasında “Siyasi partiyalar haqqında” yeni qanun qəbul olunub. Bir neçə gün əvvəl Prezident İlham Əliyevin imzaladığı müvafiq sərəncam əsasında Azərbaycanda siyasi partiyaların fəaliyyətini tənzimləyən, dövlətlə siyasi partiyalar arasında münasibətləri yeni müstəviyə daşıyan, bu günün çağırışlarınaa cavab verən qanun təsdiqini tapıb.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki