image-azalbackend

SON DƏQİQƏ: AZAL Ermənistana pul ödəyirHAVA GƏMİLƏRİMİZ BU ÖLKƏNİN ƏRAZİSİNDƏN İSTİFADƏ ETDİYİ ÜÇÜN

image-reklam_sirab_01

Ödənişlərin məbləği təyyarənin çəkisindən, Ermənistanın hava məkanında uçuş məsafəsindən və vaxtından asılıdır.

Veteninfo.az xəbər verir ki,. Azərbaycanın AZAL aviaşirkəti Ermənistan ərazisindən istifadə etdiyinə görə,bu ölkəyə uçuşlar üçün pul ödəyir, Ermənistanın Mülki Aviasiya Komitəsindən “Sputnik Ermənistan”-a bildirilib ki,Ermənistanın hava məkanından uçan bütün aviaşirkətlər, o cümlədən AZAL uçuşlar üçün aeronaviqasiya xidmətlərini ödəyir.

 

AZAL-ın hansı məbləği ödədiyini soruşduqda, Ermənistanın Mülki Aviasiya Komitəsindən cavab verilib ki, bu, bir sıra əmsallardan asılıdır. Xüsusilə, təyyarənin çəkisi, Ermənistanın hava məkanında uçuş yolu və vaxtı, eləcə də hava marşrutları üzrə ödənişlərin məbləği.

“ Bu tariflər mənşə ölkəsindən asılı olmayaraq bütün aviaşirkətlər üçün eynidir”-deyə Ermənistanın Mülki Aviasiya Komitəsindən bildirilib.

Qeyd edək ki, oktyabrın 6-dan “Azərbaycan Hava Yolları” Bakıdan Naxçıvana sərnişin reysləri həyata keçirmək üçün Ermənistanın hava məkanından istifadə etməyə başlayıb.

 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki