image-1112814backend

SON DƏQİQƏ: Azərbaycan – Ermənistan görüşü təxirə salındı

image-reklam_sirab_01

Azərbaycan və Ermənistan  arasında Vaşinqtonda keçiriləcək müzakirələrin növbəti raundu Azərbaycanın tələbi ilə təxirə salınır. Vətəninfo.az  xəbər verir ki , bu barədə Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ani Badalyan məlumat yayıb.

“Sizə bildiririk ki, Azərbaycan tərəfinin xahişi ilə gələn həftə Vaşinqtonda keçirilməsi planlaşdırılan müzakirələrin növbəti raundu təxirə salınır. İclasın yeni tarixləri barədə ictimaiyyətə lazımi şəkildə məlumat veriləcək”, – Badalyan qeyd edib.

İyunun 12-də Vaşinqtonda Ermənistan və Azərbaycanın xarici işlər nazirləri Ararat Mirzoyan və Ceyhun Bayramovun iştirakı ilə növbəti müzakirə raundunun keçirilməsi nəzərdə tutulmuşdu.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki