image-kilicdaroglubackend

Son dəqiqə: CHP-də xaos başladı, Kılıçdaroğlu istefa verməsə…

image-reklam_sirab_01

14 may prezident seçkilərinin nəticələrinə görə, Kamal Kılıçdaroğlu rəqibi Rəcəb Tayyib Ərdoğanda ciddi fərqlə məğlub olub. Səs sayına görə prezident Ərdoğanla Kılıçdaroğlu arasındakı fərq təxminən 2,5 milyona bərabərdir. Bu mənada girdiyi hər seçkidə uduzan Kılıçdaroğlu ətrafına topladığı yerli və xarici ortaqlarla birlikdə növbəti dəfə ağır məğlubiyyətə uğrayıb.

Vətəninfo.az xəbər verir ki, bu barədə Türkiyə mətbuatı yazır. Bildirilri ki, Kılçdaroğlunun seçki strategiyası fiaskoya uğradığı üçün CHP-də xos yaranması ehtimalı var. Artıq partiya daxilində açıq narzılıqların başladığı haqda məlumatlar gəlir.

Partiyanın parlament seçkilərində açıq fərqlə məğlub olması, CHP-in siyahısından başqa partiyaların namizədlərinin Millət Məclisinə daxil olması aranı qatıb.

Partiyada bir çoxları hesab edir ki, Kılıçdaroğlu səsləri 0,1 faiz belə olmayan kiçik tərəfdaşlara vəd verməklə, onların nümayəndələrini Millət Məclisinə yerləşdirməklə CHP üzvlərini qıcıqlandırıb.

Artıq bir çoxları hesab edir ki, Kılıçdaroğlunun istefa verməsi zəruridir. Əks halda CHP-də ciddi parçalanmaların olacağı qaçılmzdır.publika


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki