image-082700037536backend

SON DƏQİQƏ: Eldar Həsənovun məhkəməsi sentyabrın 3-nə keçirldi

image-reklam_sirab_01

Veteninfo.az xəbər verir ki,Azərbaycanın keçmiş səfiri və keçmiş baş prokuror Eldar Həsənovun işi üzrə bu gün təyin edilmiş hazırlıq iclası sentyabrın 3-nə keçirlib, bu barədə vəkili Cavad Cavadov bildirib.

Buna hakimin prosessual normalara əməl edilməsilə bağlı gözlənilməz narahatlığı səbəb olub. Belə ki, hakim Əfqan Hacıyev birdən başa düşüb ki, Həsənova iclasın keçirilməsi barədə məlumat verilməsinin vaxtı yeddi gündən az olub ki, bu da pozuntudur. Amma Həsənov özü də bu problemi görməyib və toplantıya gəlib, baxmayaraq ki, çətinliklə hərəkət edib.

* Eldar Həsənov 2010-cu ildən 2020-ci ilə qədər Rumıniya, Serbiya, Bosniya və Herseqovina və Monteneqroda səfir işlədiyi dövrdə mənimsəmə ilə bağlı ittiham olunur. Söhbət təmir işləri aparılarkən və səfirliklər üçün otaqların alınması zamanı ümumilikdə 180 min avrodan çox vəsaitin mənimsənilməsindən gedir./Turan

image-reklam_opel_02

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki