image-abackend

SON DƏQİQƏ:Mixail Saakaşvili həbsxanadan gürcü xalqına MÜRACİƏT ETDİ

image-reklam_sirab_01

Veteninfo.az xəbər verir ki, Ukraynadan 2 oktyabrda Gürcüstanda keçirilən seçkilər günü,Tiflisə gələcəyini bəyan edən,Gürcüstanın sabiq prezidenti sözünə əməl edib.

Artıq Saakaşvili Gürcüstandadı və ötən gün axşam Gürcüstan polisi sabiq prezidenti həbs edərək cəzaçəkmə müəsisəsinə aparıblar.

Məlumata görə,Saakaşvili həbsxanada açlıq aksiyasına başlayıb. Bir az əvvəl isə sabiq prezidentin əlyazması ilə gürcü xalqına müraciəti yayılıb.

Mixail Saakaşvili müraciətində bunları qeyd edib:

“Əziz silahdaşlarım və gürcü xalqım.

Kiyevdən çıxıb bura gələndə bilirdim ki, çox güman ki, Putinin əmri ilə  saxta hökmlərlə həbs olunacam. Rusiyadan başqa dünyanın heç bir ölkəsi bu hökmü tanımır, Amma yenə də ölkəmə və hər birinizə inandığım üçün gəldim. Hamınızdan xahiş etmək istəyirəm ki, heç bir səs itməsin və bundan sonra birlikdə referendumun nəticələrini müdafiə edək.

Mənim azadlığım və daha da önəmlisi Gürcüstanın azadlığı tamamilə sizin hərəkətlərinizdən və döyüş hazırlığınızdan asılıdır. Beynəlxalq dəstək də bundan asılıdır. Zəhmət olmasa çəkinməyin və inanın ki, qələbəmiz əlimizdədir,

Sizə sadiq Mixail Saakaşvili.

image-mektub


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki