image-img1473874backend

SON DƏQİQƏ: Nizami İsgəndərovun “ATLANT” İstirahət və Əyləncə Mərkəzinnin rəhbəri HƏBS EDİLDİ

image-reklam_sirab_01

“ATLANT” İstirahət və Əyləncə Mərkəzində karantin qaydaları pozulduğu üçün obyektin rəhbəri həbs edilib

Veteninfo.az xəbər verir ki, ölkə ərazisində elan edilən xüsusi karantin rejiminin pozulması hallarının qarşısının alınması məqsədi ilə Daxili İşlər Nazirliyi tərəfindən nəzarət-profilaktik tədbirlər daim diqqət mərkəzində saxlanılır.
Belə ki, keçirilən növbəti yoxlamalar zamanı Xaçmaz rayonu Nabran qəsəbəsində yerləşən “Atlant” İstirahət və Əyləncə mərkəzində epidemiya əleyhinə karantin rejiminin kobud şəkildə pozulması halları aşkar olunub.
Polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə həmin mərkəzin rəhbərliyi Tahir Qədəşov, onun qohumu Azər Qədəşov, eləcə də karantin qaydalarının pozulmasına şərait yaradan xidməti personal müəyyən olunaraq saxlanılıblar.
Faktla bağlı Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində Cinayət Məcəlləsinin 139-1.1-ci (epidemiya əleyhinə rejimin,sanitariya-gigiyena və ya karantin rejimlərinin pozulması) maddəsi ilə cinayət İşi başlanılıb.
“Atlant” İstirahət və Əyləncə mərkəzinin rəhbərlərindən biri Azər Qədəşov həbs edilib.Onun barəsində Nərimanov Rayon Məhkəməsi tərəfindən həbs qətimkan tədbiri seçilib. Saxlanılan digər şəxslər barəsində isə İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi isə tədbirlər görülüb və onların hər biri cərimə ediliblər.
Hazırda iş üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.
Vətəndaşlardan və ictimai iaşə obyektləri sahiblərindən, habelə fəaliyyətinə icazə verilən digər qapalı məkanların rəhbərlərindən tələb olunur ki, sanitar-karantin rejimi qaydalarına tam əməl etsinlər.Əks halda bu qaydaları pozan şəxslər barəsində qanunla nəzərdə tutulan qaydada ciddi tədbirlər görüləcək.

 

Qeyd edək ki,”Atlant” İstirahət və Əyləncə Mərkəzinin sahibi sabiq deputat Nizami İsgəndərovdu.Bir neçə il öncə də bu mərkəzdə bir azyaşlı uşaq səhlənkarlıq nəticəsində su hovuzunun nasosu ilə zədələnmişdi.

image-9a5bb103-3b9b-4c5a-8f75-9a173a92ce07 image-43e270fe-5bf6-4c9e-91b4-35fc76058bad image-126098c9-36a6-4bd4-b7d3-b647551ec5ab image-138211ec-f6ff-4531-a597-fa41d61f081c


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki