image-rovsh-1554292197backend

SON DƏQİQƏ: Rövşən Əkbərov hakim qarşısına çıxarılır

image-reklam_sirab_01

Rövşən Əkbərovun barəsində olan cinayət işi üzrə Baş Prokurorluq tərəfindən istintaq yekunlaşdırılıb.

Əvvəllər xəbər verildiyi kimi, aparılmış istintaqla Rövşən Əkbərovun 2001-ci il mayın 31-dən iyunun 01-nə keçən gecə Kiyev şəhəri, Deqtyaryov küçəsi 7 ünvanda yerləşən “Sikora” kafesində yeyib-içdikdən sonra, saat 04 radələrində həmin kafenin yaxınlığında Elçin Əliyev ilə aralarında yaranmış cüzi münaqişə səbəbindən xuliqanlıq niyyəti ilə sonuncunun ürək nahiyəsinə kəsici-deşici predmetlə xəsarət yetirərək Elçin Əliyevi qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilmişdir.
Veteninfo.az xəbər verir ki,bu fikirlər Respublika Baş Prokurorluğunun yaydığı məlumatda qeyd edilir.

Məlumatda daha sonra deyilir:

Rövşən Əkbərova Cinayət Məcəlləsinin 12.1, 120.2.2 (qəsdən adam öldürmə) və 12.1, 221.3-cü (xuliqanlıq) maddələri ilə ittiham elan edilərək, barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilmişdir.

Hazırda cinayət işi baxılması üçün Bakı Hərbi Məhkəməsinə göndərilmişdir.

Gülşən


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki