image-image_750x_64c354b702024backend

SON DƏQİQƏ: Ukrayna dronları Moskvaya hücum etdi

image-reklam_sirab_01

İyulun 28-də səhər saatlarında pilotsuz təyyarə Moskva vilayətinə hücum etməyə cəhd edib. ATS vurulub, Ukrayna terrorunun qarşısı alınıb. Vətəninfo.az xəbər verir ki,  bu barədə Rusiya Federasiyasının Müdafiə Nazirliyi məlumat yayıb.

“Bu gün səhər saatlarında Kiyev rejiminin pilotsuz təyyarə ilə Moskva vilayətinin obyektlərinə terror aktı həyata keçirmək cəhdinin qarşısı alınıb”, – deyə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb, RİA Novosti xəbər verir.

Xəsarət alan olmadığı, heç bir şeyin dağılmadığı qeyd edilir.

Ötən gün Moskva meri Sergey Sobyanin növbəti hücum cəhdini açıqlayıb.
Onun sözlərinə görə, Moskva vilayətində pilotsuz uçuş aparatı vurulub, hücum nəticəsində xəsarət alan olmayıb.

image-reklam_opel_02

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki