image-erdogan-kilicbackend

Son sorğunun nəticələri: Türkiyədə seçkinin qalibi bu namizəd olacaq

image-reklam_sirab_01

Türkiyədə seçkilərə iki gün qalmış son sorğunun nəticələri açıqlanıb.

Vətəninfo.az xəbər verir ki, “Argetus” araşdırma mərkəzinin keçirdiyi sorğuda Ərdoğanla Kılıçdaroğlu arasında 4,5 faizlik fərq var.

Sorğuda namizədlər adları ilə deyil, “birinci”, “ikinci, “üçüncü” olaraq qeyd olunub.

“Birinci” – Ərdoğan;
“İkinci” – Kılıçdaroğlu;
“Üçüncü” – Sinan Oğan;

Nəticələrə görə, Ərdoğan 50,6 faiz, Kılıçdaroğlu 46,1 faiz, Sinan Oğan, 1,2 faiz səs alıb. Beləliklə, Ərdoğanın seçkinin ilk turunda 4,5 faiz səs fərqi ilə qalib gələcəyi proqnozlaşdırılır.

Partiyalar üzrə keçirilən sorğuda da AKP 38,8 faiz səslə birinci yerdədir.

Qeyd edək ki, bu bazar günü Türkiyədə prezident və parlament seçkiləri keçiriləcək. Seçkidə Ərdoğanın namizəd olduğu “Cümhur İttifaqı”, Kılıçdaroğlunun namizəd olduğu “Millət İttifaqı” və Sinan Oğanın namizəd olduğu ATA bloku yarışacaq.publika


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki