image-fb_img_1625304067042backend

SOROS-Ermənistan Zəngəzur dəhlizinə qarşı

image-reklam_sirab_01

Ermənilər təzə şayiə yayıblar. Guya Avropa Birliyi yaxında Ermənistan 1,5 milyard avro dəyərində yardım edəcək. Avropa Birliyindəki mənbələr belə bir sənəd haqqında susurlar. Qısa araşdırmadan sonra xəbərin mənbəyi Soros Fondundan çıxdı.

Sənəd Fond tərəfindən Avropa Birliyinin strukturlarına qrant layihəsi kimi təqdim olunub. Layihəni bəlkə də birliyin məsul şəxsləri hələ görməyiblər. Qrant layihəsi 5 proqrama bölünür. Sanki bir hökumət proqramıdır. Layihədə diqqətiçəkən məqam “Ermənistanın informasiya potensialının artırılması” bölümüdür.

image-fb_img_1625304072880

Sisyan Kacaran tunelinin tikintisi üçün 600 milyon avro istənilir. Müharibədən əvvəl 300 milyon avro istəyirdilər, indi rəqəm iki dəfə çoxalıb. Ermənistan hökumətinin 2019 cu il proqramında bu rəqəmlər göstərilib. Əslində Avropa Birliyinin Şimal Cənub dəhlizinə ayrılacaq yardım planı var. Bu layihədə əsas məqsəd Xəzər regionunun qaz ehtiyatlarına yetişməkdir. Zəngəzur dəhlizi işə salınarsa, Şimal – Cənub dəhlizinə çıxmaq mümkündür. Ermənilərin təqdim etdiyi layihədə bu mümkün deyil.

image-fb_img_1625304069308

Bu layihəyə dəstək ayrılarsa, Zəngəzur korridoruna alternativ yol təklif olunur avropalılara. Əsas məqsədləri türk respublikaları ilə birbaşa transport əlaqələrin qurulmasının qarşısını almaqdır. Zəngəzur korridorunun Şimal Cənub dəhlizinə birləşməsi Avropa Birliyi üçün xüsusi əhəmiyyət daşıyır. Dəhliz Avropalıların Hindistana aparan yolunu 360 km qısaldır. Ancaq sorosun layihəsində bu barədə söz açılmır.

image-fb_img_1625304067042

Əslində Ermənistan tərəfi məhz Zəngəzur korridorunun işləməsi öhdəliyini götürüb. Hiss olunur Ermənistan hökuməti götürdüyü öhdəliyi yerinə yetirməkdən boyun qaçırır. Üstəlik Avropa Birliyini yanlış istiqamətlərə çəkmək istəyir. Bu işdə də soros fondundan güclü dəstək almaq fikrindədir.

Elxan Həsənli


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki