image-zasbackend

Stanislav Zas: Azərbaycan- Ermənistan arasında sərhədin delimitasiyası və demarkasiyasının həyata keçirilməsi vacibdir

image-reklam_sirab_01

Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı Ermənistan-Azərbaycan sərhədində vaxtaşırı toqquşmaların və mərmilərin baş verdiyi, nəticədə insanların həlak olduğu gərgin vəziyyətin davam etməsindən çox narahatdır.

Veteninfo.az xəbər verir ki, bu barədə qurumun baş katibi Stanislav Zas “Armenpress” agentliyinə müsahibəsində bildirib.

O hesab edir ki, sərhəd fərqləri yalnız siyasi və diplomatik yolla həll edilməlidir. Bu kontekstdə KTMT noyabrın 26-da Soçidə əldə olunmuş razılaşmaları dəstəkləyir Azərbaycan- Ermənistan sərhədində sabitliyin və təhlükəsizliyin səviyyəsinin yüksəldilməsi üçün addımların atılması və sərhədin delimitasiyası və demarkasiyası üzrə komissiyanın yaradılması istiqamətində işləməyin vacib olduğunu qeyd edib:

“Aydındır ki, vəziyyətin gərginliyini azaltmaq üçün tədbirlərə hər zamankindən daha çox ehtiyac var və böyük əhəmiyyət kəsb edir. Biz Ermənistan hökumətinin vəziyyəti siyasi və diplomatik yolla həll etmək üçün atdığı addımları dəstəkləyirik. Bu yanaşma bu problemin həlli üçün lazımi ilkin şərtləri təmin edərdi”.

Noyabrın 16-da Zəngəzurda (Ermənilər Sünik deyir) baş verən toqquşmaları şərh edən Zas qeyd edib ki, gərginlikdən sonra vəziyyətin öyrənilməsi, əməliyyat planlarının dəqiqləşdirilməsi və təkliflərin hazırlanması üçün Birləşmiş Qərargah rəisinin birinci müavini general-leytenant Xasan Kaloyevin başçılığı ilə KTMT-nin əməliyyat qrupu Ermənistana göndərilib. Zasın fikrincə, bu, indiki vəziyyətdə son dərəcə vacib və kifayət edir. Erməni deputatların KTMT tərəfindən qətiyyətli tədbirlər görməyə çağırışlarına gəlincə, baş katibin sözlərinə görə, İrəvan əsas diqqəti situasiyanın həllinin digər mexanizmlərinə yönəldib.

Xatırladaq ki, Zas çərşənbə axşamı Ermənistana üçgünlük səfər edəcək və burada ölkənin ali siyasi və hərbi rəhbərliyi ilə görüşlər keçirəcək.

image-reklam_opel_02

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki