image-defaultbackend

Stoltenberq Ərdoğana təşəkkür etdi

image-reklam_sirab_01

NATO-nun baş katibi Yens Stoltenberq bazar günü İstanbulda prezident Ərdoğanla görüşündə Kosovoya yardımçı qüvvələr göndərdiyinə görə Türkiyəyə təşəkkür edib. Vətəninfo.az xəbər verir ki, bu barədə “Anadolu” agentliyi məlumat yayıb.

Bağlı qapılar arxasında keçirilən görüşdən sonra jurnalistlərə açıqlama verən NATO-nun baş katibi deyib: “Bölgədə baş verən son iğtişaşlardan sonra Kosovonun şimalına yardımçı qüvvələr göndərdiyi üçün Türkiyəyə təşəkkür edirəm”.

“Stoltenberq həmçinin Türkiyənin müharibədən zərər çəkmiş Ukraynaya, o cümlədən Qara dəniz taxıl sazişinin imzalanması təşəbbüsünü və onun davamını təmin etməsini qətiyyətlə dəstəkləməsinin vacibliyini vurğuladı”, – Türkiyə KİV xəbər verir.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki