image-28687609backend

Sülhməramlı qüvvələrin həyasızlığı-İNDİ DƏ SU İLƏ BAĞLI AKSİYA TƏŞKİL EDİRLƏR

image-reklam_sirab_01

Veteninfo.az xəbər verir ki, Azərbaycanın Xankəndi və digər bir neçə qəsəbə və kəndində müvəqqəti olaraq yerləşdirilən Rus sülhməramlıları bu ərazilərdə məktəbləri içməli su ilə təmin etmək üçün aksiya keçiriblər

Məlumata görə,Rusiya sülhməramlı kontingentinin hərbçiləri Ermənistan hökumətinin xahişi ilə yükləri Ermənistandan hərbi nəqliyyat vasitəsi ilə çatdırırlar.

“Sputnik-Armenia”nın xəbərinə görə,sülhməramlı missiyasını davam etdirən rus hərbçiləri ilk dəfə olaraq  Azərbaycanın sülhməramlıların nəzarət etdiyi bölgələrində 300 məktəblinin içməli su ilə təmin olunması üçün humanitar aksiya keçiriblər. Rusiya Müdafiə nazirliyi  isə xəbər verir ki, aksiya humanitar təşkilatlarla birlikdə birgə keçirilib.

 

Qeyd edək ki,bundan əvvəl, rus sülhməramlı kontingentinin humanitar mərkəzinin hərbçiləri Xankəndində mövcud olan erməniləri 200 tondan çox içməli su ilə təmin ediblər.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki