image-pasikbackend

Sunikdən ordunu çəkməsəydim müharibə başlayacaqdı-PAŞİNYAN

image-reklam_sirab_01

Sünikdə qoşunların çıxarılmasını əmr verdim.Bu qərar hərbi əməliyyatların qarşısını almaq və ən azı bir müddət strateji əhəmiyyət kəsb edən yolu itirməmək üçün verilib.

 

Veteninfo.az erməni mediasına istinadən xəbər verir ki,bunu Ermənistanın baş naziri Nikol Paşinyan parlamentdə “Ermənistan” fraksiyasının deputatı Anna Qriqoryanın sualına istinadən deyib.

 

Qriqoryan qeyd edib ki, Azərbaycan sərhədçiləri Sünikdə ona görə peyda olublar ki, dekabrın 18-də noyabrın 9-da verilən bəyanatda nəzərdə tutulmayan qoşunların çıxarılması barədə əmr olub. “Qoşunların çıxarılması əmri şifahi idi, yoxsa yazılı? “Belə sərəncam verən şəxsin adı nədir? Bununla bağlı qərar qəbul olunmamış Təhlükəsizlik Şurası toplanıbmı?”, – deyə deputat sual edib.

 

“Söhbət Sünikdən gedirsə, mən bu qərara görə məsuliyyət daşıdığımı nə vaxt inkar etmişəm? İstər yazılı, istərsə də şifahi olsun, əmrlər prosedurlarla verilir. Müzakirə olubmu? Bəli, olunub, Təhlükəsizlik Şurasının  iclası olmadı, amma TŞ-nin bütün üzvləri, Sünik qubernatoru, xarici işlər naziri, xəbəri olmadığını deyən nazir müavini o müzakirədə iştirak etdi.  Və müharibədən qaçmaq üçün qərar verildi”, – Paşinyan bildirib.

 

Onun sözlərinə görə. “Əgər bu qərar qəbul edilməsəydi, orada hərbi əməliyyatlar başlayardı. Həqiqətən də bizim Sünikdə problemimiz olacaqdı. Biz bundan on kilometrlərlə irəlidə idik, təəssüf ki, gəlib ora çatdıq”.

O qeyd edib ki, belə bir məntiqlə qərar verilib ki, danışıqların gedişində 7 rayonun təhvil verilməli olduğu anlayışı olub: “Bu ərazilər 7 rayonun tərkibində olduğu üçün təhvil verilib. Niyə onlar 7 rayonun bir hissəsidirlər? Nə qədər xoşunuza gəlsə də, bu, inzibati ərazi bölgüsü haqqında qanunda qeydə alınıb, yeni deyil”. Paşinyan əmin edib iqtidarının xalqdan gizlin heç bir sirri yoxdur.

Baş nazirin sözlərinə görə, bu qərar ən azı bir müddət strateji əhəmiyyət kəsb edən yolu itirməmək üçün verilib. O bildirib ki, qoşunların çıxarılması əmrini özü verib və keçmiş müdafiə naziri Vaqarşak Arutyunyan da həyata keçirib.

 

Paşinyanın sözlərinə görə, o, Syunik üçün yalnız məsuliyyət daşıyır. Amma bu qərardan əvvəl müxtəlif heyətlər, Təhlükəsizlik Şurasının üzvləri ilə müzakirələr aparılıb, bu münasibətlə Təhlükəsizlik Şurasının rəsmi iclası keçirilməsə də  lakin məsləhətləşmə olub: “ 5-6 dəfə müzakirələr olub, danışıqlar olub, gedənlər olub, razılaşma olub, yazılı razılaşma olub”.Paşinyan müxalifətin 8 aydır onunla siyasi mübarizə apardığını qeyd edib: “Bir dəfə də olsun siyasi mübarizə aparan müxalifət Ermənistanın 9 noyabr bəyanatından imzasını geri çəkəcəyini deməyib.Mən onları hakimiyyətə gəlsələr, 9 noyabr bəyanatından Ermənistanın imzasını çıxaracaqlarını bəyan etməyə çağırıram”.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki