image-surenebackend

Suren Surenyants- Erməni tərəfi dialoqu rədd edərsə, yeni bir müharibənin  ola biləcəyini nəzərə almalıdır

image-reklam_sirab_01

Veteninfo.az xəbər verir ki, Azərbaycan Respublikasının prezidenti İlham əliyevin Cəbrayıla səfəri,eyni zamanda mediaya verdiyi açıqlamada, Ermənistanı revanşist hərəkətlərdən çəkinməyə,bölgədə sülh və sabitlik içərisində yaşamağa çağırması,eyni zamanda yenidən Azərbaycana qarşı hər hansı bir təhdidin olacağı təqdirdə,dəmir yumruğun yerində olduğunu deməsi,İrəvanda ciddi şəkildə qorxu yaradıb.Elə bu səbəbdəndir ki,erməni politoloq Suren Surenyants Azərbaycan-Ermənistan arasında sülhün əldə olunması, İlham Əliyevlə dialoq aparmağın lazım olub -olmadığını ritorik sual hesab edir. Surenyants baxımından hər hansı bir danışıq həmişə hərbi hərəkətlərdən daha yaxşıdır.

“Və əgər erməni tərəfi dialoqu rədd edərsə, o zaman yeni bir müharibənin alternativ ola biləcəyini nəzərə almalıdır”-deyən Suren Surenyants deyir ki, Ermənistanın indiki hakimiyyət orqanlarının nə müharibə, nə də dialoq üçün lazımi resurslara malik olmaması başqa məsələdir: “Qorxuram ki, səlahiyyətlilər müharibəni uduzduqları kimi,sülh dövrünü də məhv edəcəklər. Sülh gündəmini təbliğ etmək üçün istəklərə əsaslanmayan bir siyasət yürütmək üçün aydın bir fəaliyyət proqramına sahib olmalısan”. Ekspertin fikrincə, indiki Ermənistan rəhbərliyinin intellektual və kadr potensialı Ermənistan-Türkiyə dialoqu, Azərbaycanla danışıqlar kimi mürəkkəb proseslərə xidmət etməyə imkan vermir.

Surenyants, Ermənistanın keçmiş prezidenti Robert Köçəryanın “diz çökərək danışıqlar aparmaq çətindir” fikri ilə bir qədər razılaşdığını da bildirib. Ekspertə görə, faktiki təslim aktını imzalayan hökumət gələcək danışıqlar masasında bilərəkdən zəif mövqeyə malik olduğunu anlayır. Və bu hökumət, ölkənin qəbul etdiyi şərtlərdə layiqli bir sülh, sülh gündəmi ortaya qoya bilməz.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki