image-image_750x_6142f3b43fd24backend

Taciklərlər erməni bayrağı ilə MƏZƏLƏNDİLƏR

image-reklam_sirab_01

Veteninfo.az xəbər verir ki, hazırda Nikol Paşinyan və Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan Tacikistan Respublikasının paytaxtı Düşənbədə keçirilən Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının Xarici İşlər Nazirləri Şurasının iclasında iştirak edirlər.

Məlumata görə, keçirilən iclasda Paşinyanı müşayyət edən Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan  görüşlərə də başlayıb.Tacikistanlı həmkarı ilə keçirilən görüşdən hətta fotoşəkillər artıq yayılıb.

Məlumata görə, taciklər keçirilən görüş salonunda Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryana bir hədiyyə də hazırlayıblar və onun qarşısına qoyulan Ermənistan bayrağını tərs asıblar.

Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan qarşısına qoyulan Ermənistan bayrağı,yoxsa Kolunbiya bayrağı olduğunun fərqinə belə varmayıb.
Bu da Erməni müxalifətini və hakimiyyətə qarşı sərt mövqeydə duran müxalif medianın diqqətindən yayınmayıb.

İndi Ermənistan müxalifəti və mediası Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanı söyməkdən və təhqir etməkdən belə çəkinmirlər.Erməni telgram kanallarında  “taciklər Armen Qriqoryanla məzələndi”, “Ölkəsinin bayrağını tanımayan birinə ölkənin təhlükəsizliyi əmanət edilə bilməz” və.s tonlarda açıqlamalar yaymaqdadırlar.

image-reklam_opel_02

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki