image-reklam-veteninfo
image-1backend

Tahir Qədəşovun kürəkəninin məhkəməsi nə vaxt olacaq?

image-reklam-veteninfo

“Atlant” Ailəvi İstirahət Mərkəzinin sahibi Tahir Qədəşovun kürəkəni Nofəl Hacıyevin cinayət işi üzrə növbəti məhkəmə prosesinin vaxtı məlum olub.

Qaynarinfo xəbər verir ki, proses sentyabrın 29-da Bakı Ağır Cinayətlər Məhkəməsində keçiriləcək.

Nofəl Hacıyev 171 nəfərə qarşı dələduzluq etməkdə təqsirləndirilir. Zərərçəkmişlərə dəymiş ziyanın məbləğinin 14 milyon manatdan çox olduğu bildirilir.

İttihama görə, Nofəl Hacıyev vətəndaşlardan “Təbriz” Mənzil Tikinti Kooperativi (MTK) üzərindən yaşayış binası inşa etmək adı ilə pul alıb. Lakin mənzillər zərərçəkmişlərə təqdim edilməyib.

Məhkəmə prosesində zərərçəkmişlər bildiriblər ki, Nofəl Hacıyevdən aldıqları pullar “Atlant” Ailəvi İstirahət Mərkəzinin tikintisinə xərclənib. Onlar obyektin üzərinə qoyulmuş həbsin nəzərə alınaraq “Atlant”ın hərraca çıxarılmasını və satışdan əldə olunan vəsait hesabına dəymiş ziyanın ödənilməsini tələb ediblər.

Zərərçəkmişlər cinayət işində əsas fiqurant kimi Tahir Qədəşovu da göstərirlər. Onlar iş adamının da məhkəmə araşdırmasına cəlb olunmasını və məsuliyyətə cəlb edilməsini tələb edirlər.




  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki