Türkiyəli müğənni Sinan Özen konsertdən sonra İstanbula qayıdarkən yol qəzasına düşüb. Sənətçi və avtomobildə olan qardaşı Hızır Özen hadisədən xəsarət almadan xilas olublar.
Vətəninfo.az xəbər verir ki, qəza noyabrın 3-də Tokatda keçirilən konsertdən sonra İstanbula qayıdan zaman Sakarya şəhərindəki ödəniş məntəqələrində baş verib.
Məlumata görə, Sinan Özen qardaşı Hızır Özen və meneceri ilə birlikdə eyni avtomobildə olub. Qəza zamanı sənətçi və yaxınları xəsarət almayıblar.
Hadisə barədə məlumatı avtomobili idarə edən Hızır Özen sosial şəbəkə hesabında paylaşıb. O, qəza yerindən avtomobillərin fotolarını yayımlayaraq bu sözləri yazıb:
“Tokatdan qayıdarkən Sakarya ödəniş məntəqələrində yaşadığımız qəza. Allaha şükür ki, yaxşıyıq”.
Qəzanın hansı şəraitdə baş verdiyi barədə hələlik ətraflı məlumat verilməyib.Musavat.com


























