image-88backend

TƏCİLİ! Araik HƏRƏKƏTƏ KEÇDİ – 7 gündən sonra…

image-reklam_sirab_01

““Qarabağ prezidentinin” (qondarma və oyuncaq “DQR”in) xahişi ilə 7 gündən sonra Qarabağda “erməni soyqırımı” ilə bağlı hesabat hazırlayacam”.

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bu barədə Beynəlxalq Cinayət Məhkəməsinin təsisçi prokuroru Luis Moreno Okampo özünün X mikrobloqunda (keçmiş Tvitter) yazıb.

luis.jpeg (21 KB)

“Qarabağ prezidenti” (qondarma – red.) soruşdu ki, Azərbaycanın blokadası ermənilərə qarşı yeni bir soyqırımdırmı? Kömək etməkdən şərəf duyuram”, – deyə o yazıb.

Qeyd edək ki, Luis Moreno Okampo argentinalıdır. Argentinada güclü erməni lobbisinin olduğu heç kimə sirr deyil. Okampo 2003-2012-ci illərdə Beynəlxalq Cinayət Məhkəməsinin prokuroru olub.

image-reklam_opel_02

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki