image-murvetbackend

Təhlükəsizlik  və siyasi sabitlik məsələsi beynəlxalq aləmin gündəliyində duran aktual   məsələlərdən  birinə çevirilib

image-reklam_sirab_01

Təhlükəsizlik və sabitlik məfumu  istənilən bir xalqın arzu etdiyi, cəmiyyətin tərəqqisi və inkişafı  üçün   bir  anlayışdır. Hər bir cəmiyyətin inkişafı və yüksəlişi  sabitlik və təhlükəsizlik üzərində qurulmuşdur.  Sabitlik və təhlükəsizlik tədbiri alınmayan cəmiyyət və dövlətlərdə tərəqqi və inkişafdan söhbət gedə  bilməz.  Dünya  nizamı əzəldən belə qurulmuşdur.  Tarix sübut etmişdir ki, həmişə  sivil cəmiyyətlər ilkin olaraq hüquq və azadlılqlarla bərabər insanların təhlükəsiz şəraitdə yaşaması və işləməsi üçün vacib qərarlar qəbul etmişdir. XX əsrin başlanğıcından ta bu günə qədər dünya nizamı dəyişməkdədir. Aparılan dünya müharibələri, qlobal güclərin dünya xəritəsini və dünya nizamını dəyişdirilməsi uğrunda  apardığı ədalətsiz yarışlar bütün cəmiyyətlərin həyatına siraət etmişdir. İkinci dünya müharibəsindən sonra insanların ümidi və gümanı  o həddə gəlib çatdı ki, daha bundan sonra dünyada sülh, əmin-amanlıq  tərəqqi və sabitlik   xalqların  həyat devizinə   çeviriləcəkdir.  Lakin təəsüflər olsun ki, bu belə olmadı.  İmperiya ambisiyalarından qurtulmaq istəməyən bəzi dövlətlər öz çirkin niyyətlərini həyata keçirmək üçün dünyanı qan gölünə çevirməkdən belə çəkinmədilər.  90-cı ilin əvvələrində SSR-nin süqutundan sonra,  ittifaq dövlətlərin  öz müqədaratlarını müəyyən  etmək arzsusu və bu istiqamətdə apardıqları  mübarizə  yeni müstəqil  dövlətlərin yaranmasına  gətirib çıxardı. Bu mübarizədən Azərbaycanda üzü ağ çıxdı. 18 oktyabr 1991-ci ildə öz azadlığına qovuşan ölkəmiz müstəqil və təhlükəziz  yaşamaq  kursuna start verdi. Bu təbii ki, ilk olaraq  Rusiyanın və bəzi qərb dairələrinin xoşuna gəlmədi.  Hər vəchlə çalışdılar ki, ölkədə xaos, anarxiya yaratmaqla insanların müstəqil yaşamasının mümkünsüz olduğunu sübut etsinlər. Lakin bu baş vermədi. İmperiya ambisiyalarından heç cürə qurtula bilməyən Rusiya,  yenicə müstəqillik qazanmış dövlətlərə qarşı çirkin planlar qurur, özünün uzun illər boyu bəslədiyi “kadrları” hesabına  bu niyyətləri həyata keçirmək istəyirdi . Bu kimi hallar  90- cı illərin əvvəllərində bir çox sovet respublikalarında da  baş verdi.  Təbii ki,  Rusiya,  SSR-i kimi nəhəng  bir imperiyanın iqtisadi qüdrətini artıran neft və karbohidrogen  enerji  resursları ilə  zəngin  olan Azərbaycanıda müstəqil dövlət kimi görmək istəmirdi. Bunun üçün nə lazımsa edilirdi. Azərbaycanın multikultural və tolerant ölkə olduğundan istifadə edən “tərəfdaşlar” seporatizm və terrorizmi dəstəkləməklə yenicə müstəqillik qazanmış ölkəmizin istiqlaliyyətinə zərbə vurmaq istəyirdilər. Bunun bariz nümunəsi  hələ 90-cı ilin əvvələrində cənubda və şimalda yaşayan azsaylı xalqların mərkəzi hakimiyyətə tabe olmaması istiqamətində apardığı işlər olmuşdur. Düşmən dəyirmanına su tökən “sapı özümüzdən olan baltalar” bu çirkin oyunun iştirakçısı və qurbanına çevrildilər. Uzun illərdir azərbaycanlılarala bir yerdə yaşayıb yaradan və təhlükəsiz şəraitdə çalışan ölkəmizin azsaylı xalqları düşmənə bir daha sübut etdilər ki, üçrəngli Azərbaycan bayrağı onların müstəqil və bölünməz  vətəninin azadlıq  simvoludur. Vətən və dövlət birdir, bizlər isə onun suveren hüquqlu vətəndaşlarıyıq.  Bu kimi addımlar bir çoxlarına göz dağı verdi.  Bu gün ölkəmizdə yaşayan azsaylı xalqların nümayəndələri  talışlar, ləzgilər, saxurlar, udinlər, çeçenlər  və.s qafqaz xalqları müstəqil dövlətimizin suveren hüquqlu vətəndaşlarıdır. Onlar ölkəmizin digər vətəndaşları kimi bütün hüquq və azdlıqlardan istifadə edir və bir çətir altında təhlükəsiz şəraitdə yaşayırlar. Bu gün Azərbaycan tolerant və multikultural ölkə kimi dünya üçün  bir nümunədir.

Bütün bu sadalanan işlərin və əldə edilən uğurların arxasında şəxsiyyət amili dayanır. Çox sevindirici haldır ki, Uca tanrı Azərbaycan xalqınada belə şəxsiyyətlər bəxş etmişdir. Azərbaycanı müstəqil görmək istəyən hər bir azərbaycanlı bizim üçün əzizdir, doğmadır.

XX əsrdə şərqdə ilk demokratik cəmiyyəti quran bizim babalarımızdır. Məhəmməd Əmin Rəsulzadə,  Fətəli Xan Xoyski,  Əlimərdan bəy Topçubaşov, müstəqilik ideyalarının müəllifi Əhməd bəy Ağaoğlu və bu qəbildən olan adlarını çəkmədiyim bir çox ziyalılarımız Azərbaycanın istiqlaliyyətinə nail olmuş şəxslərdir. Bu vətənpərvər insanlar həmişə qədirbilən xalqımızın yaddaşında daim yaşayacaqdır.

60-cı illərin ortalarınada  Azərbaycan xalqının tarixinə Heydər Əliyev dövrü başladı. Heydər Əliyev sovet dövrünün ən çətin və mürəkkəb vaxtlarında Azərbaycana rəhbərlik etmişdir. Çox sevindirici haldır ki, onun uzaqgörən siyasəti nəticəsində hələ sovet hakimiyyəti dövründə  o, milli kadrların yaradılması işində  çox böyük  işlər görmüşdür. Gələcəkdə Azərb aycanda milli hərbi kadrların yetişdirilməsi  istiqamətində atdığı addım lar, 1971 ci ildə Bakı şəhərində   C.Naxçıvanski adına hərbi liseyin yaradılması  bunun bariz nümunəsidir. Ulu öndər iqtisadiyyatın bütün sahələri üzrə, o cümlədən sənaye və kənd təsərrüfatının inkişafı istiqamətində xeyli işlər gördü. Təsadüfi deyil ki, kənd təsərrüfatı məhsulları istehsalı sahəsində Azərbaycan ittifaqda öncül yerlərdən birini tuturdu. Heydər Əliyevin bu kimi misilsiz xidmətləri və 1993 cü ilin iyununda Azərbaycana ikinci dəfə  siyasi hakimiyyətə qayıdışı, o dövr üçün olduqca mürəkkəb və taleyüklü hadisələrdən ölkəmizi  üzüağ  çıxarması, onu Azərbaycan xalqının Ümummilli liderinə çevirdi.

Bu gün Heydər Əliyev siyasəti əmin əllərdədir. 30 ilə yaxın bir dövrdə torpaqlarımızın 20 faizi düşmən işğalında idi.  Məhz,  Heydər Əliyev siyasətinə sadiqlik və uzaqgörənlik  sayəsində cənab Prezident  İlham Əliyev  xalqın dəstəyi və ordumuzun  misilsiz rəşadəti hesabına torğaqlarımızı düşmən tapdağından azad etdi və  adını  tarixə Müzəffər Ali Baş Komandan kimi yazdırdı. Bu gün işğaldan azad edilmiş ərazilərdə böyük tikinti və quruculuq işləri həyata keçirilməkdədir. Yeni yollar salınır, körpülər inşa edilir, beynəlxalq hava limanları istifadəyə verilir və digər  vacib infrastruktur layihələr icra edilir. Bütün bu kimi işlər soydaşlarımızın tez bir zamanda öz dədə-baba torpaqlarına qayıdışından xəbər verir.

Lakin əvvəldə qeyd etdiyimiz kimi, dünya düzəni dəyişib,  təhlükəsizlik və siyasi sabitlik məsələsi günün ən aktual mövzusuna çevirilib.  Prezident İlham Əliyevin 16 iyun 2022- ci il tarixində keçirilmiş “Qlobal dünya nizamına təhdidlər” mövzusunda  IX Qlobal Bakı Forumunda dediyi kimi:” Təhlükəsizlik  məsələlələri  beynəlxalq  arenada,  beynəlxalq  gündəlikdə  duran əsas məsələlərdən birinə çevirilib.  Avropadakı cari vəziyyət barədə açıq müzakirələrin aparılması tələb olunur. Qlobal Bakı Forumu bunun üçün mükəmməl platforma olaraq çıxış edir. Böhran qaçılmazdır və artıq yaxındadır. Böhranla mübnarizədə aparıcı beynəlxalq institutların rolu müəyyən olunmalıdır. Beynəlxalq  təşkilatlar  və ölkələr ərzaq böhranının nəticəsi olacaq  miqrantların  potensial artımı ilə bağlı vəziyyəti diqqətdə saxlamalıdırlar. Enerji bazarındakı  vəziyyəti proqnazlaşdırmaq çətindir.  Mövcud vəziyyət  istehsalçılar və istehlakçılar  arasında qeyri-bərabərsizliyə yol açır və bu, həmçinin istehsalçılar üçündə riskdir. Əgər kimsə neft və qaz istehsal edən ölkələrin  bu yüksək qiymətlərə görə çox sevindiyini düşünürsə, bu, düzgün dəyərləndirmə deyil. İstehsalçılar və istehlakçılar arasında  maraqlar tarazlığı, sabit bazar lazımdır. İstehsalçılara həqiqətdə bu lazımdır”.

Yuxarıda qeyd etdiyimiz kimi, hər bir azərbaycanlı Ulu öndər Heydər Əliyev siyasətinə sadiq qalmalı,  Prezident İlham Əliyevin ətrafında sıx birləşməklə bu çətin sınaqdan da üzü ağ çıxmalıdır. Təhlükəsizliyimizə  gəldikdə isə,   qardaş Türkiyə ilə keçən ilin iyunun 15-də Şuşa şəhərində imzalanmış “Şuşa” bəyənnaməsi ilə  bir daha birlik nümayiş etdirərək  “Bir millət , iki dövlət” prinsipinə sadiq qalacağımızı, hər hansı bir təhlükə ilə üzləşərkən vahid mövqedən çıxış edəcəyimizi  dünyaya  bəyan etdik.

Mürvət İbrahimov,

Tarixçi, Bakı şəhər Nizami Rayon İcra Hakimiyyətinin məsul işçisi

 

 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki