İranın Qafqaz regionunda sülhün bərqərar olmasına diqqət yetirdiyini deyən İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan Tehranın Ermənistan və Azərbaycan rəsmilərinin iştirakı ilə “3+3” formatında görüş keçirməyə hazır olduğunu bildirib. Vətəninfo.az xəbər verir ki , bu barədə İRNA məlumat yayıb.
“Cənubi Qafqaz regionu İran üçün böyük əhəmiyyət kəsb edir”, – İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahyan Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanla keçirdiyi mətbuat konfransında deyib.
“İran region ölkələri arasında yaxınlaşmanı və Ermənistan və Azərbaycan arasında sülh danışıqlarında irəliləyişi alqışlayır”, – Hüseyn Əmir Abdullahian deyib.