image-waving-iran-flag-above-skyline-of-tehran-at-sunsetbackend

Tehran Türkiyə-Azərbaycan ittifaqından narahatdır

image-reklam_sirab_01

İran Xarici İşlər Nazirliyinin sözçüsü Səid Xətibzadə bu gün keçirdiyi brifinqdə deyib ki, Xəzəryanı dövlətlərin ümumi razılığına əsasən, hövzədə digər ölkələrin hərbi mövcudluğu yolverilməzdir. O, Azərbaycan və Türkiyənin Xəzər dənizində birgə hərbi manevrlər keçirməsini şərh edib: “Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiyasında hərbi iştirak məsələsi açıq şəkildə izah olunub.

 

Beş sahil əyalətinin razılaşmaları digər ölkələrin hövzədə hərbi varlığını qanunsuz edir. Xəzər dənizində Azərbaycan-Türkiyə birgə təlimləri məsələsi Xarici İşlər Nazirliyində araşdırılır”.

Birincisi Tehran onu araşdırmalıdır ki, İranın hansı strukturu yanacaqla dolu nəqliyyat vastiələrini Azərbaycan sərhədini pozaraq erməni separatçılarına yanacaq məhsulları daşıyır. Bu nə beynəlxalq hüquqa, nə də iki ölkə arasında imzalanan çoxsaylı sazişlərə uyğundur. Tehran Azərbaycanın narahatlığını və notalarını nəzərə almır.

İkincisi, Azərbaycanın öz hərbi dəniz qüvvələrini modernləşdirmək hüququ var. Bunu da ancaq Xəzərdə həyata keçirməklə reallaşdırmaq olar. Azərbaycan öz hərbi dəniz qüvvələrini yalnız strateji müttəfiqi Türkiyənin dəstəyi ilə modernləşdirə bilər. Aydındır ki, Azərbaycan bu işi erməni separatçılarını himayə edən dövlətlərlə edə bilməz və etməməlidir.

Üçüncüsü, Azərbaycanın Xəzərdə zəngin enerji yataqları var, həmin yataqlardan sahilə boru xətləri çəkilib. Azərbaycan bunların təhlükəsizliyi barədə də düşünməlidir. Türkiyə ilə birgə sualtı hücum və müdafiə məşqlərinin bir məqsədi də budur. Azərbaycanın Xəzər dənizindən hasil etdiyi neft və qazı məhz Türkiyə üzərindən dünya bazarlarına daşınır. Demək Xəzərdəki yataqların və boru xətlərinin təhlükəsizliyi həm də Türkiyə üçün əhəmiyyətlidir.

O ki qaldı, Tehranın “Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiyasını” xatırlatmasına, Azərbaycan-Türkiyə hərbi təlimləri başqa sahil ölkələrini narahat etmədiyi halda bircə İran niyə narahat olub? Necə olur ki, həm Azərbaycanı, həm də Türkiyəni tərəfdaş ölkə adlandıran İran iki qonşusuna etiraz etməyə qərar verib?

Görünür, məsələ hərbi təlimlərdə deyil. Əslində Azərbaycan-Türkiyə hərbi ittifaqı Azərbaycan və Türkiyənin torpaqlarına iddia edən Ermənistanı narahat etməlidir. Çünki Ermənistan Azərbaycanın və Türkiyənin ərazi bütövlüklərini tanımaadan yayınır. Ermənistan hər iki ölkə ilə sülh sazişi imzalamadığına görə Azərbaycan-Türkiyə birgə hərbi təlimlərindən çəkinir. Türkiyə-Azərbaycan hərbi ittifaqı digər ölkələrə qarşı yönəlməyib.

Buna baxmayaraq, İrəvan kimi Tehran da Azərbaycan-Türkiyə hərbi ittifaqından narahat olmağa başlayıb. İran Türkiyənin Cənubi Qafqazda, o cümlədən Azərbaycanda möhkəmlənməsinə həmişə qısqanc münasibət bəsləyib. “Azərbaycan niyə İranla deyil, Türkiyə ilə strateji münasibətlər qurub” sualı illərdir Tehranda bağlı qapılar arxasında səslənib. İranın siyasi dailəri anlamaq istəmirlər ki, Azərbaycan üçün məzhəb prinsipi yaddır, milli və təhlükəsizlik maraqları önəmlidir. Azərbaycanın milli cvə təhlükəsizlik maraqları isə Türkiyə ilə ittifaqı gücləndirməyi diqtə edir, bunu ikinci Qarabağ savaşı da göstərdi. Qarabağ separatçılarına yanacaq daşıyan dövlət isə bizə tərəfdaş deyil, sadəcə qonşudur.

“Atlas” Araşdırmalar Mərkəzi

image-reklam_opel_02

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki