image-tehranbackend

Tehrana növbəti şapalaq: AZAL Naxçıvana Ermənistan vasitəsilə uçmağa başladı

image-reklam_sirab_01

Oktyabrın 5-də Tehran rejimi öz hava məkanını Azərbaycanın təkcə hərbi aviasiyası üçün yox, həm də mülki aviasiyası üçün bağlayıb. Bununla da  “şiə dostları və qardaşları” Azərbaycanı cəzalandırmaq və öz prinsipial mövqeyindən əl çəkməyə məcbur etmək qərarına gəliblər. Lakin oktyabrın 6-dan   Azərbaycanın mülki təyyarələri Naxçıvana Ermənistan ərazisindən uçmağa başlayıb.

“Bu addım Azərbaycanın regionda nəqliyyat kommunikasiyalarının açılmasına qəti hazır olduğunu nümayiş etdirir və bütün sərhəd dövlətlərin maraqlarına cavab verir”, – AZAL-ın məlumatında deyilir. Qeyd olunur ki, Bakı-Naxçıvan-Bakı reysinin marşrutunun dəyişməsi həmçinin bu istiqamət üzrə uçuş vaxtının və uçuş zamanı yanacaq sərfiyyatının azalmasına gətirib çıxaracaq.

Beləliklə, bundan sonra AZAL bu reysi yerinə yetirərkən Ermənistan və İran üzərindən keçən dəhlizlər daxil olmaqla, bütün mövcud hava dəhlizlərindən istifadə edə bilər, məlumatda deyilir.

Azərbaycanla onun Naxçıvan Muxtar Respublikası arasında Ermənistan ərazisi üzərində hava əlaqəsi Qarabağ münaqişəsilə əlaqədar uzun illərdir kəsilmişdi. Bu müddətdə Naxçıvana uçuşlar İran məkanı üzərində həyata keçirilirdi.

image-reklam_opel_02

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki