image-media-94-tbi2f74plyxns1qr9w6u-620x460backend

Təhsil nazirliyindən əcaib qərar

image-reklam_sirab_01

Veteninfo.az xəbər verir ki,istər COVİD-19 virusuna yolxaraq müalicə olunan müəllimlər olsun,istərsə də digər xəstəliklərlə əlaqədar müalicə olunan müəllimlərin noyabr ayı üçün aylıq əmək haqları ödənilməyib.

 

Redaksiyamıza daxil olan məlumatda deyilir ki,respublikanın şəhər və rayonlarında xəstəliklərlə bağlı tibbi arayışları məktəblərə təqdim etsələr də onlara noyabr ayı üçün nəzıədə tutulan əmək haqları kəsir şəkilində ödənilib.Bunun da səbəbi müalicə olunduqları 15-20 günün nəzərə alınmamasıdır.

Məlumata görə,belə halın baş verməsinin səbəbi Azərbaycan Respublikası Təhsil nazirliyi tərəfindən respublikada mövcud olan təhsil müəsissələrinə verilən tapşırıqdı.

Milli Məclisin Təhsil komitəsinin üzvü,deputat İsa Həbibbəyli müxbirimizə bildirib ki,istər COVİD-19 virusundan müalicə olunan müəllimlər olsun,istərsə də digər xəstəliklərdən müalicə olunan müəllimlər təhsil müəsissəsinə tibbi arayışları təqdim ediblərsə,onların aylıq əmək haqları 100 faiz ödənilməlidir.Bu qanunlarımızda da təsbit olunub: “Ola bilsin müəllimin müalicə aldığı 15-20 günün pulu həmin ay ödənilməsin.Amma istənilən halda bu qarşıdakı ayın aylıq əmək haqqının üzərinə gəlinərək ödənilməlidir”.

 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki