image-d78235b1-2a2b-4f3e-a2e3-320b77e89176backend

“TƏKLƏNƏN” PAŞİNYAN VƏ İNTİQAM VƏDLƏRİ... – Ermənistan vətəndaş müharibəsinə doğru sürüklənir

image-reklam_sirab_01

Son günlər Ermənistanda istər hakimiyyət, istərsə də müxalifət cəbhəsi artıq bütün siyasi, mədəni, etik normaları tapdalamaqdadır. Artıq bir çox müşahidəçilər və siyasi ekspertlər Ermənistan cəmiyyətindəki hazırkı kəskin qütbləşmənin və qarşılıqlı nifrətin vətəndaş müharibəsilə nəticələnməsi ehtimalını yüksək qiymətləndirirlər.

İş o yerə çatıb ki, özü siyasi əxlaq cəhətdən şikəst olan Ermənistanın ombudsmeni Arman Tatoyan belə, tərəfləri etika normalarına riayət etməyə çağırıb: “Belə davam edə bilməz. Bütün siyasi qüvvələr istənilən təhqir, söyüş, nifrət, zorakılıq ifadələrindən imtina etməlidirlər”.

Bu arada Baş nazir səlahiyyətlərini icra edən Nikol Paşinyanın sabiq prezident Serj Sarqsyanı Monte-Karlodakı kazinolarda büdcənin milyonlarla dollar pulunu uduzduğunu bildirməsi qarşı tərəfin sərt reaksiyasına səbəb olub. Paşinyana cavab verən Sarqsyan ona dediklərini sübut etmək üçün 24 saat vaxt verdiyini bildirib.

Və sübut edə bilməyəcəyi təqdirdə Paşinyanın ailəsini biabır edən faktlar açıqlayacağını deyib: “Ya o, faktları təqdim edəcək, ya da özü, ailəsi haqqında elə faktlar dərc edəcəyəm ki, cəmiyyət onun üzünə tüpürəcək.”

Göründüyü kimi, 10 il bir ölkəyə rəhbərlik etmiş, özünü yekə-yekə dövlət xadimi hesab edən bu şəxs siyasi rəqibini ailəsi barədə faktlarla biabır edəcəyilə hədələyir. Sanki eks-prezident yox, “sarı mətbuat” nümayəndəsidir…

image-d9d9a406-fb8e-42a7-8469-cdb84b031078

Sarqsyanın kürəkəni, Ermənistanın Vatikandakı sabiq səfiri Mikael Minasyan da qaynatasından geri qalmır. Paşinyan başda olmaqla hökumət üzvlərinin, hətta prezident Armen Sarkisyanın da ünvanına demədiyi təhqirlər qalmayan Minasyan sonuncu dəfə Paşinyanın ailəsini təhqir edərək, onun oğlunun narkoman olduğunu iddia edib.
Paşinyanın rəqiblərindən daha biri, vaxtilə onunla bir yerdə işləmiş, Ermənistan xüsusi xidmətinə rəhbərlik etmiş Artur Vanetsyan da sabiq şefini ağır formada təhqir edib. Paşinyanı fərari və kapitulyant adlanıran Vanetsyan deyib: “Mən səninlə işləyirdim, indi isə Serj Sarqsyanla işləyirəm(Sarqsyanın və Vanetsyanın partiyaları koalisiya yaradıb-red.) və məndə belə təəssürat yaranıb ki, tövlədən akademiyaya keçmişəm. Sən rəzil kapitulyantsan. Sən öz günahların səbəbindən elə əyilmisən, piylənmisən, tərləmisən ki, pis qoxun hər tərəfə yayılır. Çıx get, sadəcə qaç. Bu, mənim sənə son dost məsləhətimdir.”

Ermənistan ordusunun sabiq baş Qərargah rəisi Norat Ter-Qriqoryants isə Nikol Paşinyanı sabiq ölkə rəhbərlərini ittiham etdiyinə görə, “siyasi fahişə” adlandırıb.

Aşağı-yuxarı təxminən eyni ifadələri Paşinyanın əsas rəqibi hesab olunan Robert Koçaryan da mütəmadi olaraq səsləndirir və hakimiyyətə gələcəyi təqdirdə, ondan qisas alacağını gizlətmir. Bir sözlə, müxalifət, daha doğrusu əvvəlki hakimiyyətin mənsubları Paşinyana qarşı sözün əsl mənasında siyasi və mənəvi terror əsdirirlər.
Ancaq məsələ ondadır ki, Paşinyan da hədə-qorxularına, kəskin ifadələrinə, danışıq tonuna görə opponentlərindən geri qalmır. Rəqiblərinin ünvanına söyüş belə söyməkdən çəkinməyən Paşinyan “vətəndaş intiqamı”, “siyasi vendetta” kimi çağırışlar edir. Vətəndaşları “intiqam almağa” hazır olmağa səsləyir.
O, son çıxışlarının birində deyib ki, 2018-ci ildəki “məxməri inqilab”dan sonra bir çox məmurlara “düzəlmələri üçün” şans verib: “Lakin onlar xalqın arxasında gizlənərək, “troya atları” rolu oynayıblar. Paşinyan bununla hakimiyyətdə hələ də təmsil olunan Koçaryan-Sarqsyan tərəfdarlarını nəzərdə tutub və onlardan intiqam alınacağına eyham vurub.

Göründüyü kimi, hər iki tərəf bir-birinə intiqam vəd edir. Ermənistandakı politoloqlar isə ölkədəki vəziyyətin seçki yaxınlaşdıqca daha da gərginləşməsi və bunun vətəndaş müharibəsi də daxil olmaqla, qanlı olaylara çevrilməsinə dair proqnozlar verirlər.
Müşahidəçilərin səsvermə ilə bağlı gözləntilərinə gəlincə, situasiyanın proqnozlaşdırılmasının demək olar ki, mümkünsüz olduğu bildirilir. Qeyd olunur ki, Koçaryanın bölgələrə səfərləri situasiyanı xeyli dəyişə bilər və cəmi bir həftədən sonra tərəflərin reytinqində ciddi dəyişikliklərin baş verəcəyi istisna edilə bilməz.
Bir sözlə, hazırda Azərbaycan torpaqlarını 30 il işğalda saxlayan, ona təzyiq, hədə-qorxu gələn Ermənistan və onun cəmiyyəti, siyasəti Azərbaycanın “dəmir yumruğunu” dadandan sonra ən rəzil günlərini yaşamaqda, özünün hansı mədəni, mənəvi, əxlaqi dəyərlərə malik olduğunu ortaya qoymaqdadır. Və belə görünür ki, iyunun 20-nə qədər bu mənzərə daha da biabırçı çalarlar alacaq…

İstinad: “AzPolitika.info”

image-reklam_opel_02

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki