image-b57dfacf-e1bc-4e93-af38-a74177a2c5a5backend

Tərtər icra başçısı vətəndaşları təhqir edib?- VİDEO (Yenilənib)

image-reklam_sirab_01

Tərtər rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov vətəndaşlarla kobud davranıb.

Veteninfo.az xəbər verir ki, bu barədə görüntülər sosial mediada yayılıb..

Görüntülərdən məlum olur ki, vətəndaşlar icra başçısının onların problemləri ilə maraqlanmamasından narahatlıqlarını bildirirlər.

Bu zaman bir neçə sakin M.Məmmədovla görüşü çəkmək istəsə də, o, qışqıraraq telefonların yığışdırılması barədə göstəriş verir.

 

Tərtər Rayon İcra Hakimiyyəti vətəndaşlarla icra başçısı Müstəqim Məmmədov arasında yaranmış narazılıqla bağlı məsələyə aydınlıq gətirib.

İcra Hakimiyyətindən Oxu.Az-a verilən açıqlamada bildirilib ki, dövlət başçısının müvafiq Sərəncamına əsasən uzunluğu 48 kilometr olan dördzolaqlı Bərdə-Ağdam avtomobil yolunun layihələndirilməsi və tikintisi ilə bağlı Azərbaycan Respublikası Avtomobil Yolları Dövlət Agentliyi qiymətləndirmə şirkətinin əməkdaşları ilə birlikdə siyahıyaalma işləri aparıb. Bu zaman müəyyən olunub ki, sözügedən layihə çərçivəsində yolun Tərtər rayonunun ərazisindən keçən hissəsində tikinti zolağına düşən və vətəndaşların istifadəsində olan, lakin Daşınmaz Əmlakın Dövlət Reyestrindən qeydiyyatdan keçməyən çox sayda sahibkarlıq obyektləri mövcuddur ki, onlara qeydiyyatları olmadığı üçün kompensasiyanın ödənilməsi qeyri-mümkündür.

“Layihənin əhəmiyyətini və vaxt məhdudiyyətini nəzərə alaraq avtomobil yolunun tikintisi altına düşən və kompensasiya ödənilməyən həmin obyektlərin tikinti zolağından uzaqlaşdırılması ilə bağlı Azərbaycan Respublikası Avtomobil Yolları Dövlət Agentliyindən Tərtər Rayon İcra Hakimiyyətinə 5 may 2021-ci il tarixdə 3/16-9056 nömrəli məktub və siyahı daxil olub. Həmin məktuba əsasən rayon icra hakimiyyəti tərəfindən Daşınmaz Əmlakın Dövlət Reyestrindən qeydiyyatdan keçməyən obyektlərin sahiblərinə yolun tikintisinə maneə törədən qeyri-qanuni tikililərin sökülməsi ilə bağlı xəbərdarlıq edilib. Bu isə sahibkarların etirazına səbəb olub.

Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov bununla bağlı “4 yol” adlanan ərazidə olub, sahibkarlarla söhbət edərkən qeyri-etik davranış nümayiş etdirən iki nəfər şəxs özlərini təqdim etmədən telefonla çəkiliş etməyə başlayıblar. Naməlum şəxslər özlərini kobud apardıqları və heç bir təqdimat etmədikləri üçün onlara çəkiliş etməyə icazə verilməyib. Həmin şəxslərin sahibkarlarla icra hakimiyyətinin nümayəndələri arasında narazılıq yaranmasına təşəbbüs göstərmələrinə baxmayaraq, icra başçısı sahibkarlara müvafiq izahat verərək bildirib ki, tikinti zolağına düşən və Daşınmaz Əmlakın Dövlət Reyestrindən qeydiyyatdan keçməyən obyektlərə qeydiyyatları olmadığı üçün kompensasiya ödənilməsi qeyri-mümkündür”, – deyə məlumatda qeyd edilib./AzPolitika”


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki