image-image_750x_6493d6d02499ebackend

“Tezliklə ABŞ- da görüş olacaq” -Vedant Patel

image-reklam_sirab_01

ABŞ tezliklə Ermənistan və Azərbaycan arasında sülh danışıqlarının yeni mərhələsinə ev sahibliyi edəcək. Vətəninfo.az xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin mətbuat xidmətinin rəhbərinin müavini Vedant Patel brifinqdə məlumat verib.

“Tərəflər Cənubi Qafqaz regionunda sülhsevər gələcəyə səy göstərməkdə davam etdiyi üçün Vaşinqtonda danışıqların növbəti mərhələsinə ev sahibliyi etmək imkanını səbirsizliklə gözləyirik. Biz inanmaqda davam edirik ki, birbaşa dialoq problemlərin həlli və sülhə nail olmaq üçün açardır”, – ABŞ Xarici İşlər Nazirliyinin nümayəndəsi bildirib.

Rusiyanın  Qarabağ nizamlanmasına yönəlmiş vasitəçilik səylərindən danışan Patel deyib:

“Əgər Rusiya bu məsələdə konstruktiv rol oynaya biləcəyini düşünürsə, təbii ki, bunu etməkdə sərbəstdir. Amma biz hesab edirik ki, danışıqlar irəliləyir, ABŞ bu işdə mühüm tərəfdaş olub və dövlət katibi Entoni Blinken bununla şəxsən məşğul olub”.

Onun sözlərinə görə, Vaşinqton “gərginliyə səbəb olan addımların indi effektiv olmadığını nəzərə almağa davam edəcək, çünki Ermənistan və Azərbaycan arasında müxtəlif platformalarda danışıqlar aparılır”.

image-reklam_opel_02

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki