Avtomatik stansiyalardan əldə edilən məlumatlara əsasən bu gün günün ikinci yarısından başlayaraq Bakıda və Abşeron yarımadasında tozlu hava şəraiti müşahidə olunur.
Vətəninfo.az-ın məlumatına görə, Milli Hidrometeorologiya Xidmətinin aparıcı mütəxəssisi Leyla Mədətova bildirib ki, hazırda havada tozun miqdarı normadan 1.2 dəfə artıqdır.
Peyk görüntülərinə əsasən tozlu hava şəraitinə səbəb cənub istiqamətli küləklər vasitəsilə ölkə ərazisinə Xəzər dənizi üzərindən daxil olan toz dumanıdır.
Tozlu hava şəraitinin yaxın iki gün ərzində davam edəcəyi gözlənilir.