image-defaultbackend

Tramp yenə Baydeni ələ saldı: Mən qalibəm

image-reklam_sirab_01

Vətəninfo.az xəbər verir ki, ABŞ-ın sabiq  prezidenti Donald Tramp 2024-cü ildə keçiriləcək prezident seçkilərində hazırkı prezident Co Baydenə qalib gəlmək şansının yüksək olduğunu bildirib.

Tramp həmçinin Respublikaçı namizədi Ron DeSantisi ələ salıb, sorğular onun 40 baldan çox öndə olduğunu göstərir.

“Onun həmfikirləri çox deyil. Bu yaxşı deyil. İctimai rəy sorğularında onun çox pis nəticələri var. Çox  pisdir. Və düşünürəm ki, o, tezliklə yarışdan kənarda qalacaq”, – deyə Tramp Ayova ştatında keçirilən sərgidə bildirib.

Tramp daha sonra “The Sunday Times” qəzetinə deyib ki, milli seçkilərdə ABŞ prezidenti Co Baydenə qalib gəlmək üçün “100 faizə yaxın” şansı var.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki