image-55backend

Trotskinin sürgündə olduğu ada: İstanbulu dünyaya tanıdan tarixi məkanlar – FOTOLAR

image-reklam_sirab_01

Türkiyəni turizm cənnəti adlandırmaq olar. Bu gün dünyanın müxtəlif ölkələrindən milyonlarla turist Türkiyəyə istirahətə yollanır. Maraqlıdır ki, Türkiyəyə səfər etmək istəyən ilk şəhər sözsüz ki, Türkiyənin ürəyi hesab edilən İstanbul olur. Hər gün 1 milyon turisti qəbul edən İstanbuldakı  hava limanlarında dünyanın bütün dillərində danışan turistlərə rast gəlmək olar. İstanbul Türkiyənin tarixidir desək yanılmarıq. Tarixi qədim olan bu şəhərdə yüzlərlə tarixi abidələr var. Bu günkü yazımızda İstanbulda turistlərin böyük maraq göstərdiyi məkanları sizə təqdim edəcəyik.

image-1

İstanbul Türkiyənin şimal-qərbində, Mərmərə dənizi və Bosfor sahili boyunca salınmış şəhərdir. Qitələrarası şəhər olan İstanbulun Avropa hissəsinə Avropa Yakası, Asiyadakı hissəsinə isə Anadolu Yakası deyilir.

Dünyanın ən qədim şəhərlərindən biri olan İstanbulun üç tərəfi su sahəsi Mərmərə dənizi, Bosfor və Haliç ilə əhatə olunub. Qara dəniz ilə Mərmərə dənizi birləşdirən, Asiya ilə Avropanı ayıran Bosfora ev sahibliyi edən İstanbul şəhərinin geosiyasi əhəmiyyəti olduqca yüksəkdir. Əsas çayları Riva, Kağıthane və Əlibəydir. Şəhər torpaqları hamardır, ən yüksək nöqtəsi isə Kartal ilçəsindəki Aydos təpəsidir. Şəhərdəki başlıca təbii göllər Böyükçəkməcə, Kiçikçəkməcə və Durusudur. Hava temperaturu və yağıntı miqdarı qeyri-sabitdir.

Gəlin əvvəlcə İstanbulda uşaqlara da maraqlı olan, gəzməli və ən populyar turistik yerlərlə tanış olaq. Xoşbəxtlikdən indi sadalayacağımız ilk altı görməli yer bir-birinə yaxındır. Bələdçi xidmətinə ehtiyac duymadan onları asanlıqla özünüz ziyarət edə bilərsiniz.

image-2

Topkapı Sarayı

Dünyanın hər yerindən İstanbula gələn turistlər Topkapı Sarayını mütləq ziyarət edir. Bu saray dörd əsr boyunca sultanların yerləşdiyi yer və Osmanlı İmperiyasının mərkəzi idi. Ümumiyyətlə Topkapı Sarayı hər zaman ora gələn turistlərlə dolu olur. Bunu nəzərə alıb həftə sonu deyil, iş günləri ziyarət etməyi və bu ziyarətə kifayət qədər vaxt ayırmağı məsləhət görürük. Bu ecazkar sarayı övladınızla birgə araşdırmaq, ondan mənəvi zövq almaq üçün əlbəttə ki, bir saat kifayət etməyəcək.
image-3
Ayasofya Məscidi

1500 illik tarixi olan, YUNESCO-nun Dünya İrsi siyahısına daxil edilmiş Ayasofya binası tikildikdən sonra, öncə kilsə, İstanbulun fəthindən sonra məscid, 1930-cu illərdən sonra isə muzey kimi fəaliyyət göstərib. Türkiyə Prezidenti Recep Tayyip Ərdoğan Ayasofyanın yenidən məscid kimi fəaliyyət göstərməsi ilə bağlı fərman verməsindən sonra bura ziyarətə gələnləri sayı artdı. Artıq bu möhtəşəm sarayı ziyarət etməklə yanaşı namazınızı da qıla bilərsiniz.

image-sultanahmet-camii-istanbul

Sultanəhmət və Göy Məscid

Sultanahmət məscidi  İstanbulun ilk məscididir.
Əslində bu məscid İstanbulun simvollarından biridir. Bina 17-ci əsrdə tikilib və dünyada 6 minarəsi olan az məscidlərdən biridir. Məscidin daxili divarları mavi çalarlı İznik çiniləri ilə üzlənmişdir. Buna görə də məscidin ikinci adı – Göy Məsciddir. Məscidin içərisində böyük Sultan I Əhmədin türbəsi var. İndi İstanbulun bu bölgəsi belə adlandırılır. Məscidi ziyarət edərək niyə onun İslam və dünya memarlığının görkəmli nümunəsi sayıldığını başa düşmək olur.

image-6

Bizans Hipodromu

Meydan Göy Məscidin yanında yerləşir və əslində Sultanahmet Meydanının bir hissəsidir. Bu meydanın girişində alman fəvvarəsi var ki, bunu kaiser Vilhelm şəhərə və Sultan II Abdul-Həmidə hədiyyə eləyib .

image-7

Türk və İslam Sənəti Muzeyi

İbrahim Paşa Sarayında Göy Məsciddən və Hipodromdan bir qədər aralıda Türk və İslam sənəti muzeyi yerləşir. Muzeyin kolleksiyası genişdir və bölgədəki 1000 illik təsviri sənət tarixinin xəzinəsidir. Muzeydə bütün dünya üzrə çox sayda eksponat var: tarixi sənədlərdən tutmuş bir vaxtlar Osmanlı hökmdarlarına məxsus olan zinət əşyaları ilə burada tanış ola bilərsiniz.

image-8

Yerebatan Sarnıç

Bu “batmış saray” qədim Konstantinopolun ən yaxşı qorunan yeraltı su anbarlarından biridir. Uzaq keçmişdə inkişaf etmiş su təchizatı sistemi şəhərə birbaşa Trakyadan su gətirirdi. 336 mərmər sütundan ibarət olan bu quruluş 6-cı əsrdə inşa edilib və 100.000 ton su tutumu var. Bu günYerebatan Sarnıç İstanbulun ən məşhur turistik yerlərindən biridir. Tez-tez canlı ifa olunan gözəl musiqi və sirr mühiti yaradan işıqlandırma turistləri valeh edir. İstanbulda romantik bir yer axtarırsınızsa, mütləq buranı ziyarət etməlisiniz.

image-9

Kapalı Çarşı (qapalı bazar)

Kapalıçarşı, 4000 mağazası olan bir növ orta əsr “ticarət mərkəzi” dir. Keçmişdə bu, “Böyük İpək Yolu”nun yollarından biri idi. Bu gün Kapalıçarşı antik əşyalardan tutmuş xalçalar, zərgərlik və keramika məhsullarına qədər satılan dünyanın ən böyük bazar meydanıdır. Kapalıçarşı 30.000 kvadrat metrdən çox bir sahəni, 66 küçəni əhatə etdiyi ayrı bir şəhər adlandırıla bilər! Bazarı hər gün yarım milyondan çox insan ziyarət edir. İstanbulun bu əlamətdar yerini ziyarət etmək sizə zövq verməklə yanaşı, həm də sərfəli qiymətə bazarlıq etmək mümkündür.

image-0

Misir Çarşısı və ya Ədviyat aləmi

Misir bazarı İstanbulun ikinci ən böyük bazarıdır. 17-ci əsrin əvvəllərindən buradakı əsas ticarətçilər ədviyyat satan misirlilər olduğu üçün bazar Misir bazarı adlanır. Ədviyyatlar, qəhvə, şirniyyat və turistlərin diqqətini çəkən maraqlı bazarlıq üçün Misir bazarına yollana bilərsiniz.

image-00

Beyoğlu rayonu (Pera)

Bura İstanbulun Avropa hissəsinin ən romantik bölgəsidir. 20-ci əsrin əvvəllərinə qədər Pera adlanırdı. Bu gün haqlı olaraq İstanbulunmərkəzi adlandırıla bilər. Beyoğlu bölgəsi Haliç və Bosfor boğazı ilə əhatə olunmuşdur. İstanbulun başqa bir simvolu isə məşhurİstiklal Caddesi küçəsi -qırmızı tramvaydır . Bu küçənin İstanbul Arbatı adlandırılması da, təsadüfi deyil. Burada kafe və restoranların yanında oynayan küçə musiqiçilərinə rast gələ bilərsiniz. Bir sözlə bu küçəmağaza və musiqi klubu ilə tanınır.

image-99

Galata qalası

İstanbulun başqa bir simvolu və populyar turizm cazibəsi Galata Külləsidir. Beauty Galata İstiklal Caddesi yaxınlığında yerləşir. Qalanın üst hissəsindən Bosforaheyrətedici mənzərə açılır.Qüllədə milli mətbəxi olan bir restoran və bir gecə klubu var.Galata Qülləsini gün batmadan bir az əvvəl ziyarət etmək məsləhətdir. Həmin vaxtı batan günəş fonunda şəhərin əsrarəngiz şəkillərini çəkə biləcəksiniz.
image-22Galata körpüsü

Galata Qülləsi kimi İstanbulun əsas simvollarından biri olan Galata Körpüsü, Haliç vasitəsilə İstanbulun köhnə və yeni Avropa hissələrini birləşdirir. Galata Körpüsü iki mərtəbəlidir.

image-33

Dolmabahçe Sarayı

Türkiyə tarixində əhəmiyyətli rol oynayan saraylardan biri, Dolmabahçe Sarayıdır. Bu möhtəşəm barok uslubundakı saray, Sultan I Əbdül Məcid üçün tikilib. Daha sonra Türkiyə Cümhuriyyətinin ilk prezidenti Atatürkün iqamətgahı olub.
Sarayın ərazisində 12 möhtəşəm qapı və möhtəşəm park yerləşir.

İstanbulun görməli yerləri yalnız muzey və tarixi yerləri ilə məhdudlaşmır. İstanbul şəhərindəki səs-küyə ara vermək, sükutdan və təbiətlə vəhdətdən tam zövq almaq istəyirsinizsə, Şahzadələr adalarına bir günlük səyahət edin. Bu adalar İstanbulun bəlkə də ən rahat cazibəsidir. Bu adalarda hökm sürən sakitlik və sükunət sizi heyrətləndirəcək. Burada nəqliyyat qadağandır. Adada gəzinti yalnız piyada,velosiped icarəyə götürməklə və ya at arabası ilə edilə bilər. Adada Marmara dənizinin təmiz zümrüd suları ilə məşhur olan rahat çimərliklər var.
Adalara səhər tezdən getməyinizi məsləhət görürük. Avropa tərəfdən gələn gəmi arxipelaqın doqquz adasının dördündə dayanır.Səyahət üçün adalardan ən böyüyünü- Böyükadəni seçməyi məsləhət görürük. Adaya çatdıqdan sonra gəzintinizi düzgün planlaşdırıb, gəminin cədvəlini əldə edin. Əks təqdirdə, gecikdiyiniz üçün adada bir gecəlik qalmaq məcburiyətində olacaqsınız. Yeri gəlmişkən, Leon Trotsk’nin 4 ilə yaxın Büyükadada sürgündə olub. Şahzadələr adalarını gəzdikdən sonra, şübhəsiz ki, Trotskiyə həsəd aparacaqsınız.
Şahzadələr adalarına necə getmək olar: Beşiktaş, Kadıköy, Eminönü və Bostancı marinalarından bərə və ya sürət gəmisi ilə gedə bilərsiz.

İstanbul gəzməklə qurtarmayacaq, görməklə doymayacağınız bir şəhərdir. Hər günü bir başqa gözəllik verən bu şəhəri gəzməklə dünya tarixinin sirli məkanları sizi valeh edəcək.

Qoşqar Salmanlı

image-reklam_opel_02

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki