image-44backend

Türkiyə  İsveçin NATO-ya üzv olmaq ərizəsi ilə bağlı qərar verəcək –  Ərdoğan

image-reklam_sirab_01

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan iyulun 24-də Türkiyə Nazirlər Kabinetinin iclasından sonra çıxışında Stokholmun Şimali Atlantika Müqaviləsi Təşkilatına (NATO) qoşulması perspektivlərini şərh edərkən qeyd edib ki, Türkiyə parlamenti bu məsələ ilə bağlı qərar verəcək.

Vətəninfo.az xəbər verir ki , bu barədə Türkiyənin “Anadolu” xəbər agentliyi məlumat yayıb.

“İsveçin NATO-ya üzvlük protokolları ilə bağlı yekun qərarı verəcək qurum Türkiyə Parlamentidir. Şübhə etmirik ki, millət vəkillərimiz ölkəmizin maraqlarının tələb etdiyi hər şeyi edəcəklər”, – deyə Ərdoğan bildirib.

O qeyd edib ki, İsveçin alyansa üzvlük prosesi ilə bağlı qarşılıqlı addımlar NATO-nun Vilnüs sammitində Türkiyə prezidenti, İsveçin baş naziri və NATO baş katibinin görüşünün nəticələrinin birgə bəyanatı ilə aydınlaşdırılıb.

“Biz parlamentimizin payız sessiyası başlayanda üzərimizə düşən hissəni (NATO-nun Vilnüsdə keçirilən sammitində əldə olunmuş razılaşmalardan – red.) yerinə yetirəcəyik”, – deyə Ərdoğan bildirib.

image-reklam_opel_02

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki