image-629affde12360backend

Türkiyə Laçın yolu ilə bağlı bəyanat verdi

image-reklam_sirab_01

Türkiyə bəyan etdi ki, Laçın yolu ilə bağlı Azərbaycanın ünvanına səslənən tənqidlərin heç bir əsası yoxdur.

Vətəninfo.az xəbər verir ki, Türkiyə Xarici İşlər Nazirliyi Laçın Yolu ilə bağlı verdiyi yazılı açıqlamada bildirib: “Türkiyə Laçın Yolu ilə bağlı neçə vaxtdır davam edən müzakirələri diqqətlə izləyir və Azərbaycanın bu məsələ ilə bağlı haqlı narahatlığını anlayır.

Təəssüf ki, Azərbaycan uzun müddət yüksək səslə bildirdi, amma narahatlıqları nəzərə alınmadı, nəticədə Azərbaycan suverenlik hüquqları çərçivəsində məqsədəuyğun hesab etdiyi tədbirləri gördü.

Türkiyə bu fikirdədir ki, Laçın yolu ilə bağlı Azərbaycana qarşı tənqidlərə heç bir əsas yoxdur. Hazırda Laçın yolundan tibbi keçidlərin təmin edilməsi, eləcə də geniş material daşınması üçün əlverişli olan digər marşrutlara Azərbaycan tərəfi vicdanla maksimum səy göstərir.

Bizim Ermənistandan gözləntimiz təxribat xarakterli addımlardan çəkinməsi, Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini tanıması, Qarabağda erməni əhalisinin ehtiyacları üçün “Ağdam-Xankəndi” və digər alternativ yollardan istifadə etməsi, eləcə də Azərbaycanın erməni əhalisini yenidən reinteqrasiya etmək səylərinə dəstək verməsidir.

Türkiyə hesab edir ki, regionda sülh və sabitliyin təmin edilməsi üçün dost və qardaş Azərbaycanın ərazi bütövlüyü, suverenliyi və humanitar səyləri dəstəklənməli, vəziyyəti gərginləşdirən hərəkətlərə yol verilməməlidir”.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki