image-reklam-veteninfo
image-444backend

Türkiyə ordusu şəhid verdi

image-reklam-veteninfo

Vətəninfo.az xəbər verir ki, Türkiyə Milli Müdafiə Nazirliyi iki əsgərin İraqın şimalında “Pəncə-Şimşək” əməliyyatı bölgəsində şəhid olduğunu bildirib.

Qeyd edilib ki, terrorçuların açdığı atəş nəticəsində əsgərlər Həsən Taş və Furkan Günergök ağır yaralanıb.

Hər iki əsgər dərhal xəstəxanaya çatdırılıb. Həkimlərin müdaxiləsinə baxmayaraq onların həyatını xilas etmək mümkün olmayıb.

Nazirliyin açıqlamasında “Bizə dərin acı və hüzn verən bu hadisədə həyatını itirən əziz şəhidlərimizə Allahdan rəhmət diləyir, kədərli ailələrinə, Türkiyə Silahlı Qüvvələrinə və nəcib millətimizə başsağlığı və səbr diləyirik” deyilib.




  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki