Son bir həftədə Türkiyə ordusu İraq və Suriyanın şimalı da daxil olmaqla 35 terrorçu zərərsizləşdirilib.
Vətəninfo.az xəbər verir ki, Türkiyə Milli Müdafiə Nazirliyinin Mətbuat və İctimaiyyətlə Əlaqələr müşaviri, polkovnik Zeki Aktürk separatçı terror təşkilatı PKK-ya qarşı əməliyyatların qətiyyətlə davam etdiyini vurğulayıb.
Z.Aktürk “Terrorun mənbəyində məhv edilməsi strategiyası ilə son bir həftədə İraq və Suriyanın şimalı da daxil olmaqla 35 terrorçu zərərsizləşdirilib. Beləliklə, zərərsizləşdirilən terrorçuların sayı cari il 848-ə, 24 iyul 2015-ci ildən isə 38 min 191-ə çatıb” deyib.