image-e8a0469793ce3edfbecb4c3e8e1e954cbackend

Türkiyə səfiri İrəvanda Azərbaycan bayrağına hücum və hərbçimizə qarşı işgəncədən yazdı:- “QINAYIRIQ”

image-reklam_sirab_01

Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı İrəvanda keçirilən ağır atletika üzrə Avropa çempionatında Azərbaycan bayrağının yandırılmasını və Azərbaycan hərbçilərinə qarşı pis rəftarı pisləyib.

Vətəninfo.az xəbər verir ki, bu barədə səfir tviter hesabında yazıb.

“Ermənistanın son günlər sərgilədiyi davranışlar, dumanlı havada yolunu azaraq sərhədi keçən Azərbaycan əsgərinə qarşı qeyri-insani işgəncələr və beynəlxalq idman yarışının açılışında Azərbaycan bayrağına hücum əsla qəbuledilməzdir. Qınayırıq”, – səfir qeyd edib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki