Türkiyənin Malatya şəhərində baş verən zəlzələ nəticəsində azı 23 nəfər xəsarət alıb.
Vətəninfo.az xəbər verir ki, bu barədə Türkiyənin Səhiyyə naziri Fahrettin Koca yerli mətbuata istinadən xəbər verir.
O, özünün “X” (keçmiş “Twitter”) mikrobloqunda “Son məlumatlara görə, zəlzələ nəticəsində Malatyada 22 nəfər, Adıyamanda isə hündürlükdən tullanan daha bir vətəndaş yaralanıb”. .
O əlavə edib ki, təbii fəlakət zonasına 20-dən çox təcili yardım maşını göndərilib, xəstəxanaya yerləşdirilənlərin müalicəsi davam edir.
Bundan əlavə, yeraltı təkanlar nəticəsində bir qeyri-yaşayış binasının dağıldığı bildirilir. Bu barədə Malatya valisi Hulusi Şahin məlumat verib.
O, təbii fəlakət nəticəsində ölənlərin olduğunu, başqa dağıntıların qeydə alınmadığını da təsdiqləyib.


























