image-9f49e279-b8c3-45d0-9c55-32a2eb9d045ebackend

Türkiyənin “Cobra 2”-ləri Ukraynada GÖRÜNTÜLƏNDİ

image-reklam_sirab_01

Türkiyənin “Otokar” şirkətinin istehsalı olan “Cobra 2” zirehi döyüş maşını Ukrayna ordusu tərəfindən aktiv əməliyyatlarda istifadə edilməyə başlanılıb.

Bu barədə sosial şəbəkələrin Ukrayna seqmentində video paylaşılıb.

Xatırladaq ki, müharibədən əvvəl imzalanan müdafiə müqavilələri çərçivəsində Türkiyə aprelin 14-də Ukraynaya naməlum sayda “Cobra 2” zirehli döyüş maşını təhvil verib.

“Cobra 1”-lərin müasir versiyası olan “Cobra 2”-lər 11 nəfərə qədər şəxsi heyətin hədəf nöqtəsinə təhlükəsiz şəkildə köçürülməsini təmin edir.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki