Vətəninfo.az xəbər verir ki, Türkiyənin bənzərsiz təbiət möcüzələrindən biri də Qara dəniz bölgəsindəki Güzelcehisar Lava Sütunlarıdır. Bartın vilayətinin sərhədləri daxilində yerləşən bu təbiət möcüzəsinin geoloji formasiyasının tarixi 80 milyon il əvvələ gedib çıxır. Bu təbiət möcüzəsini “Lava”, “Bazalt”, “Sütun” və ya “Qaya” kimi adlandırmaq olar.
Bartının Güzelcehisar kəndində yerləşən bu sütunlar vulkan püskürmələri nəticəsində əmələ gəlib.Vulkanlardan axan lavaların soyuması və kristallaşması nəticəsində əmələ gələn lava sütunlarını dünyanın çox az yerində görmək olar. Buna oxşar sütunlara Türkiyedən başqa Şimali İrlandiya, Şotlandiya, İslandiya, Yaponiya, Meksika, Rusiya, Cənubi Koreya, Vyetnam, İspaniya və Amerikada rast gəlmək olar. Həmin sütunlar dünyanın ən qiymətli və qorunan təbii irslərindəndir. Şaquli və üfüqi quruluşu ilə dünyadakı digər nümunələrdən fərqli olan Güzelcehisar Lava Sütunları diqqətləri cəlb edir. Sütunların yerləşdiyi ərazi 2017-ci ildə Təbiət Abidəsi kimi mühafizə altına alınıb.
Lava sütunlarına ev sahibliyi edən Gözəlcehisar təbii gözəllikləri ilə kiçik bir dənizkənarı qəsəbədir. Yaşılla mavinin bütün tonlarına malik olan Güzelcehisar lava sütunları xaricində tarixi quruluşu, yerli memarlığı, yaylaları, geniş meşələri və təmiz dənizi ilə diqqәtlәri cәlb edir.