İran prezidenti İbrahim Rəisinin həyat yoldaşı Cəmiliya Alamolhoda əri ilə səfərdə olduğu Venesuela telekanallarından birinə müsahibəsində türkləri İranın düşməni adlandırıb.
“Türklər və monqollar İranın əsrlərdən bəri düşmənləridir. Tarix boyu bu ölkələr İrana hücum edib”, – Vətəninfo.az xəbər verir ki, Alamolhoda bildirib.
İran prezidentinin xanımının sözləri sosial şəbəkələrdə geniş əks-səda doğurub.
Qeyd edək ki, İbrahim Rəisi Latın Amerikasında səfərdədir.