image-reklam-veteninfo
image-ukbackend

Ukrayna alternativ “Taxıl dəhlizi” tapdı

image-reklam-veteninfo

Rusiyanın “Taxıl dəhlizi” sazişindən çıxması rəsmi Ukraynanı kənd təsərrüfatı məhsullarının ixracı üçün alternativ yollar axtarmağa məcbur edib.

Vətəninfo.az “Euronews” telekanalına istinadən xəbər verib ki, rəsmi Kiyev və Zaqreb Ukrayna taxılının ixracı üçün Xorvatiya limanlarından istifadə olunmasına dair razılığa gəlib. Müvafiq razılaşma iki ölkənin xarici işlər nazirləri arasında paytaxt Kiyevdə keçirilən danışıqlarda əldə olunub.

“Biz Ukrayna taxılının daşınması üçün Xorvatiyanın Dunay və Adriatik dənizindəki limanlarından istifadə imkanları barədə razılığa gəlmişik. İndi çalışacağıq ki, bu limanlara ən səmərəli marşrutlar quraq və imkandan maksimum yararlanaq”, – deyə Ukraynanın xarici işlər naziri Dmitri Kuleba bildirib. Onun sözlərinə görə, “ixraca istənilən töhfə – açıq qlobal ərzaq təhlükəsizliyinə real və effektiv töhfədir”.




  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki