image-image_750x_647f0a0d5b6d4backend

Ukrayna BMT Təhlükəsizlik Şurasının təcili iclasını çağırır

image-reklam_sirab_01

Ukraynanın BMT-dəki nümayəndələri Kaxovka su elektrik stansiyasında baş vermiş partlayışla əlaqədar təşkilatın Təhlükəsizlik Şurasının təcili iclasını çağırıb. Vətəninfo.az xəbər verir ki, bu barədə Ukrayna dövlət başçısının mətbuat xidməti məlumat yayıb.

“Görüş iştirakçıları bir sıra beynəlxalq tədbirlər, o cümlədən BMT Təhlükəsizlik Şurasının iclasının çağırılması, beynəlxalq ekoloji təşkilatlara, Beynəlxalq Cinayət Məhkəməsinə müraciətlər barədə razılığa gəliblər, çünki rusların bu cür hərəkətlərində Cenevrə Konvensiyasının pozulmasının açıq əlamətləri var”, – deyə o bildirib.

 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki