image-erdbackend

Ukrayna: “Ərdoğan Putini Qara dəniz taxıl dəhlizi sazişinə qaytara biləcək yeganə liderdir”

image-reklam_sirab_01

Ukraynanın xarici işlər naziri Dmitro Kuleba bildirib ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiya prezidenti Vladimir Putini Qara dəniz taxıl dəhlizi sazişinə qaytara biləcək yeganə liderdir.

Vətəninfo.az xəbər verir ki, Kuleba Qara Dəniz Taxıl Dəhlizi Sazişi ilə bağlı Ukrayna dövlət agentliyi “Ukrinforma” açıqlama verib.

Rusiyanın razılaşmanı dayandırdığını xatırladan Kuleba Putinin bu razılaşmaya qayıtması ilə bağlı Ukraynanın Türkiye ilə qarşılıqlı əlaqədə olduğunu bildirib.

Kuleba “Ukrayna Putinin Qara Dəniz Taxıl Dəhlizi Müqaviləsinə qayıtması üçün Ərdoğanla əlaqə saxlayır. Ərdoğan bu məsələdə (Ukrayna prezidenti Vladimir) Zelenski ilə koordinasiyadadır. Bu, hər iki tərəf üçün faydalıdır. Ərdoğan Putini sazişə geri qaytara biləcək yeganə liderdir” deyib.

Xatırladaq ki, 24 fevral 2022-ci il tarixində başlayan Rusiya-Ukrayna müharibəsinin qlobal ərzaq qiymətlərinə təsirini azaltmaq üçün Birləşmiş Millətlər Təşkilatı (BMT), Rusiya, Türkiyə və Ukrayna arasında Qara dəniz Taxıl Dəhlizi Sazişi 22 iyul 2022-ci il tarixində İstanbulda keçirilən mərasimdə imzalanıb.

Putinin sözçüsü Dmitri Peskov iyulun 17-də müddəti başa çatmış müqavilə ilə bağlı açıqlama verib.

“Taxıl dəhlizi sazişi faktiki olaraq başa çatıb, dayandırılıb. Müvafiq şərtlər yerinə yetirilən kimi Rusiya dərhal taxıl sazişinə qayıdacaq. Sazişin Rusiya ilə bağlı hissəsi yerinə yetirilməyib”, -deyə Pevkov qeyd edib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Popup Image