image-image_750x_648ff6b026bd4backend

Ukrayna güclü raket atəşinə tutuldu

image-reklam_sirab_01

Ukrayna mətbuatı xəbər verir ki, ötən gecə Zaporojya, Odessa və Xersonda partlayışlar olub. Vətəninfo.az xəbər verir ki, Odessa hərbi administrasiyasının rəhbəri Sergey Bratçuk bildirib ki, gecə saatlarında Qara dənizdən 4 ədəd “Kalibr” raketi buraxılıb.

Rəsmi şəxsin sözlərinə görə, onlar məhv edilib.

Ukrayna Hərbi Hava Qüvvələrinin komandanlığı həmçinin Zaporojya, Dnepropetrovsk və Donetsk rayonlarının raket hücumu təhlükəsi altında olduğunu bildirib.

Ukraynanın Hava Hücumundan Müdafiə Qüvvələri Dnepropetrovsk vilayətinə hücum edən Rusiyanın 4 pilotsuz təyyarəsini məhv edib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki