image-44backend

Ukrayna Krıma zərbə endirdi

image-reklam_sirab_01

Vətəninfo.az xəbər verir ki, Rusiya Federasiyasının Müdafiə Nazirliyi Ukrayna silahlı qüvvələrinin gecə saatlarında iki dəniz motorlu qayığı ilə Novorossiysk hərbi dəniz bazasına hücum etməyə cəhd etdiyini açıqlayıb.

Fövqəladə Hallar Xidməti partlayışların Krasnodar diyarının Novorossiysk və Misxako kəndlərinin sularında baş verdiyini bildirib.

“Hücumun dəf edilməsi zamanı gəmilər hərbi-dəniz bazasının xarici hücumunu izləyən Rusiya gəmilərinin standart silahları tərəfindən aşkar edilərək məhv edilib”, – Rusiya Müdafiə Nazirliyinin bəyanatında deyilir.

Novorossiysk sakinləri gecə saatlarında liman ərazisində partlayış və atışma baş verdiyini bildiriblər.

Krasnodar vilayətinin qubernatoru Veniamin Kondratyev sosial şəbəkələrdə bazaya hücum cəhdi ilə bağlı məlumatı təsdiqləyib.

Onun sözlərinə görə, infrastruktura heç bir ziyan dəyməyib. Eyni zamanda qeyd olunur ki, Novorossiysk limanında gəmilərin hərəkətinə müvəqqəti qadağa qoyulub.

Bundan başqa, 13 pilotsuz təyyarə Krıma hücum edib. Onlardan 10-u hava hücumundan müdafiə qüvvələri tərəfindən vurulub, daha üçü isə radioelektron döyüş yolu ilə məhv edilib. Rusiya Federasiyası Müdafiə Nazirliyi tələfat və dağıntı olmadığını bildirir.

image-reklam_opel_02

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki