image-ukraynaebackend

Ukrayna latın əlifbasına keçə bilər

image-reklam_sirab_01

Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının (MTŞ) katibi Oleksiy Danilov Ukraynanın mövcud əlifbasının latın əlifbası ilə əvəz olunmasını bildirib.

Veteninfo.az xəbər verir ki, Oleksiy Danilov Azadlıq radiosuna açıqlamasında bildirib ki, latın əlifbasına keçməklə,Ukrayna əhalisi ingilis dilinin daha rahat şəkildə öyrənə biləcəklər: “Düşünürəm ki, bu əsas şeylərdən biri olacaq, Kiril əlifbasından qurtulmalı və Latın əlifbasına keçməliyik”.
Bundan başqa Oleksiy Danilov ingilis dilinin beynəlxalq ünsiyyət dilinə çevrilməli olduğunu da vurğulayıb.
Ukraynada Rusiya ilə davamlı münasibətlərin qurulması tərəfdarı olan,Ukrayna Mütərəqqi Sosialist Partiyasının rəhbəri Natalya Vitrenkon isə Pravda.ru -ya verdiyi açıqlamada bildirib ki, latın əlifbasına keçid baş verərsə, bu Ukraynadakı ictimai rəyi daha da parçalayacaq, həm də Ukraynanı Rusiyadan uzaqlaşdıracaq: “Onların vəzifəsi ölkəmizi Rusiyaya qarşı düşmən bir dövlətə çevirməkdir.Bunun əlifbanı dəyişməklə heç bir əlaqəsi yoxdur. Düzdür ölkəmizin əhalisində rus dilinə qarşı bir hiddət var. Rus dili idxal olunan bir dil deyil, dövlət quran etnosun rus mədəniyyət əhalisinin dilidir. Buna görə də Milli Təhlükəsizlik və Müdafiə Şurası rəhbərinin bəyan etdiyi şey, ölkələrimiz arasındakı hər hansı bir əlaqənin tamamilə pozulmasına yönəlmiş,tamamilə düşünülmüş ardıcıl hərəkətlərdir”

 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki